"“Sərbəst toplaşmaq haqqında” qanunu və Konstitusiyanın maddələrini pozub"

12:55 22-10-2019 | icon 354 | Siyasət
"“Sərbəst toplaşmaq haqqında” qanunu və Konstitusiyanın maddələrini pozub"

Oktyabrın 19-da Bakıda keçirilən qeyri-qanuni aksiyaya öz münasibətimizi bildirməliyik. Bir qrup Azərbaycanı istəməyən, erməni lobbisi tərəfindən ictimai sabitliyi pozmaq, xalq-iqtidar birliyinə xələl gətirmək, Azərbaycanda həyata keçirilən islahatların üzərinə kölgə salmaq üçün müəyyən olunmuş yerdə deyil, şəhərin mərkəzində polislə xalq arasında toqquşma, qarşıdurma yaratmağa cəhd göstərdi.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Yeni Azərbaycan partiyasının İcra katibinin müavini Siyavuş Novruzov deyib.

 

S.Novruzov bildirib ki, radikal müxalifət oktyabrın 19-da atılan addımlarla “Sərbəst toplaşmaq haqqında” qanunu və Azərbaycan Konstitusiyasının maddələrini pozub. Hüquq-mühafizə orqanları tərəfindən məsələ araşdırılmalı, hər kəs buna öz münasibətini bildirməlidir.

 

Deputat deyib ki, hazırda 90-cı illər deyil:

“Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli siyasət həyata keçirərək ölkənin maraqlarını beynəlxalq təşkilatlarda, ayrı-ayrı dövlətlərdə, beynəlxalq tribunalarda yüksək səviyyədə təmsil edir. Bu, Azərbaycanı sevməyən qüvvələri narahat edir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin