GAZELLI HOUSE gözəllik və sağlamlıq Mərkəzi yenidən qapılarını açdı

13:01 22-10-2019 | icon 30 | Mədəniyyət
GAZELLI HOUSE gözəllik və sağlamlıq Mərkəzi yenidən qapılarını açdı

Böyük şəhərdə hər daim zamanın sürətli axarı hiss olunur. Avtomobillər davamlı axına düşərək hərəkət edir, insanlar həmişə harasa tələsir, günbəgün həyat gözlərimizin önündən keçir. Təəssüf ki, sivilizasiyanın faydaları qarşılığında meqapolis bizdən ən dəyərlimizi - sağlamlığımızı alır. Müasir şəhər sakini daimi stresdən, ekologiyanın mənfi təsirindən, hərəkətsiz həyat tərzindən əziyyət çəkir.

 

GAZELLI HOUSE - buraya üz tutmaq lazımdır! Gənc Tamaşaçılar Teatrı ilə üzbəüz yerləşən bu möcüzəli evin qapıları ilə birgə qarşınızda unikal dizayn, komfort və müsbət aura dünyası açılır.

 

18 oktyabr tarixində GAZELLI HOUSE gözəllik və sağlamlıq Mərkəzi şəhərimizin sakinlərinə və qonaqlarına yenidən qapılarını açdı! Tədbirdə bir çox media nümayəndələri iştirak etmişdi. 5000 kv.metr sahəsi olan məkanda qonaqlar üçün ekskursiya keçirilmişdi.

 

Mərkəzlə tanışlıq GAZELLI SHOP mağazasından başlayır. Alış-veriş zalında Gazelli Group milli parfümeriya və kosmetika məhsulları brendinin bütün yenilikləri ilə tanış olmaq imkanı var: kremlər, maskalar, losyonlar, şampunlar və daha çoxları.

 

Burada mütləq həm özünüz, həm ailəniz üçün əldə etmək istədiyiniz məhsullar tapılacaq. SOROKA hədiyyə və suvenirlər mağazasında isə siz hər zaman orijinal məhsullar tapa bilərsiniz.

 

Gazelli dünyasına səyahət GAZELLI WELLNESS CLUB-da davam edir. Bu gün bütün dünyada profilaktik tibb sürətlə inkişaf edir. İndi sağlamlıq ardınca sanatoriyaya getmək üçün məzuniyyəti gözləməyinizə ehtiyac yoxdur. Burada səhhətinizin qayğısına qalmağınız üçün bütün imkanlar yaradılıb. LABEXPRESS laboratoriyasında xəstəliklərin ərkən aşkar olunması üçün kompleks şəklində bütün analizləri, stresə davamlılıq, qida uyğunluğu testlərini, genetik və digər analizləri verə bilərsiniz. Erkən diaqnostika, artıq çəki ilə mübarizə, sağlam qida və həyat tərzi bir çox xroniki, yaşla bağlı xəstəliklərin qarşısını almağınıza kömək edir.

 

Estetik tibb şöbəsinin fəaliyyəti bu gün kosmetologiyada ən perspektiv sayılan istiqamətlərdən biri üzərində qurulub - apparat metodlarının orijinal müalicə proqramları ilə birgə tətbiq olunması. Mərkəzin kosmetoloqları yeniyetməlik problemlərindən yaşla bağlı problemlərə qədər hamısını həll etməyə qadirdir.

 

THE GYMNASIUM - enerji dolu peşəkar komandası ilə fərqlənən müasir fitnes-klubda Avropada ən yaxşılarından sayılan Life Fitness avadanlıqları istifadə olunur. RE-FORMA STUDIO-da isə pilates, kallanetika, rəqs və xoş əhval təqdim olunur.

 

Gözəllik zonalarında - Z. BAYDAR LAB qadın salonu, 40BERBER kişi salonu, vizaj RUKHA. Bunların hamısı xarici görünüşə və sağlamlığa ağılla və hörmətlə yanaşmanın göstəriciləridir.

 

Dizaynı ilə gözoxşayan GAZELLI CAFE xoş abu-havada ləzzətli təamlarını təklif edir. Burada həm sevgililəri, həm ailələri; həm işgüzar adamları, həm yalnız ürəkləri; həm tələbələri, həm təqayüdçüləri hər zaman gözləyilər.

 

Mərkəzin atriumunda baş rolda müxtəlif kitablarla zəngin stellajlardan ibarət kitabxana çıxış edir. Bu yer sözün əsl mənasında mənəvi qida mənbəyi sayıla bilər. Wellness Club möcüzəli dünyasına qərq olmanızı gözləyərkən burada Gazelli istehsalı olan çay içkisindən zövq ala və müxtəlif üslubiyyatda kitabları oxuya bilərsiniz.

 

GAZELLI HOUSE Mərkəzinin xoş, qonaqpərvər abu-havasında işinə biganə qala bilməyən, müştərilərə səmimi qəlbdən hörmətlə yanaşan peşəkar həmfikirlər komandası çalışır. Bunların hamısı müştərilərin təbəssümünü görmək və onların həyatını hər daim sağlamlıq və gözəlliklə zənginləşdirmək üçündür!

 

GAZELLI HOUSE-da keçirdiyiniz zaman özünüzə ayırdığınız zamandır!

Ünvan: Nizami küç., 93 (Gənc Tamaşaçılar Teatrı ilə üzbəüz)

Facebook: https://www.facebook.com/gazellihousebaku

Instagram: https://www.instagram.com/gazellihousebaku

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Paşinyan yenə sərsəmlədi və...

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

AXCP prezidentə müraciət etdi

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Yatanda ayaqların arasına yastıq qoyun

“Azərbaycan dini liderlərin sammitini keçirə biləcək nadir ölkələrdəndir”

Arif Hacılı jurnalistlərdən qorxdu?

Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq

Parlament binası qarşısında aksiya başlayıb

İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifədən getdi