"Mehman Əliyev deyəsən bu cür informasiyalarla gündəmə gəlməyi özünə xobbi seçib"

14:54 22-10-2019 | icon 1011 | KİV
"Mehman Əliyev deyəsən bu cür informasiyalarla gündəmə gəlməyi özünə xobbi seçib"

Müşfiq Ələsgərli: "İnformasiya Agentliyinin təqdimatı "çayxana söhbəti" səviyyəsində olmamalıdır"

 

""Turan" İnformasiya Agentliyi belə davranışla təkcə özünə qarşı olan etimadı zədələmir, həm də ümumilikdə çox zərərli tendensiya yaradır".

 

Versus.Az xəbər verir ki, bunu "Turan" İnformasiya Agentliyinin "İlham Əliyev baş nazirin iki xoşagəlməz müavinini qovub" sərlövhəli məqaləsinə açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib:

 

"Ölkə Prezidentinin sərəncamını kontekstdən çıxarmaq, onu məzhəkə obyektinə çevirmək nə anlama gəlir? "Prezident baş nazirin iki xoşagəlməz müavinini qovdu" nə deməkdir? İnformasiya Agentliyinin təqdimatı "çayxana söhbəti" səviyyəsində olmamalıdır. Agentliyin imicinə hörmət qoymursan, özün bilərsən, amma ölkənin birinci şəxsinin imzaladığı sərəncamı məzhəkəyə çevirməyin adı nədir? Rəsmi sərəncam olub, hər kəs televiziya kanallarında baxıb və görüb ki, Prezident İlham Əliyev Əli Həsənovu və Hacıbala Abutalıbovu necə yola salıb. Hər kəsin gördüyü, Prezidentin sərəncamında əks olunan faktın bu formatda təqdimatı təkcə qeyri-peşəkarlıq göstəricisi deyil, məncə. Təhlükəli, zərərli bir oyunun simptomları görünür. Bir il öncə "Prezident yanında təhlükəsizlik şurasının toplantısından" dan "sızan xəbərlər" aldığını deməklə gündəmə gələn Mehman Əliyev, deyəsən bu cür informasiyalarla gündəmə gəlməyi özünə xobbi seçib".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi