Ermənilər Soçidə qazaxlara qarşı dava salıblar - VİDEO

15:50 22-10-2019 | icon 561 | İdman
Ermənilər Soçidə qazaxlara qarşı dava salıblar - VİDEO

Rusiyanın Soçi şəhərində Ermənistan idmançısı Miqran Arutunyanın “Gorilla Fighting Championship 19” qarışıq döyüş növü üzrə keçirilən yarışda Qazaxıstan təmsilçisi Jasulan Akimсana məğlub olmasından sonra erməni azarkeşlər qazaxıstanlı idman həvəskarları ilə dava ediblər.

 

Məğlub olan Miqran Arutunyana döyüşdən sonra söz verilən zaman o azarkeşlərdən birininin onun atasına əl qaldırdığını bildirib və onu hədələyib.

 

Bundan sonra o zala gedib və orada əlbəyaxa dava başlayıb. Yarışın diktoru azarkeşlərə yayımın birbaşa olduğunu xatırladaraq onları toqquşmanı dayandırmağa çağırıb.

Qeyd edək ki, döyüş Miqran Arutunyanın məğlubiyyəti ilə başa çatıb. Akimсan üçüncü raundun sonunda dabanı ilə rəqibinin başına zərbə endirib. Ermənistan idmançısı diz üstə çöküb və hakim nokautla məğlubiyyəti qeydə alıb. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin