Şahin Mustafayev Baş Nazirin müavini təyin edilib

16:40 22-10-2019 | icon 210 | Gündəm
Şahin Mustafayev Baş Nazirin müavini təyin edilib

Prezident İlham Əliyev Şahin Mustafayevin Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd edilir ki, Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilsin.

 

Qeyd edək ki, Şahin Mustafayev 1965-ci ildə Ermənistanın Barana (Noyemberyan) rayonunda anadan olub. 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.

 

1991-1992-ci illərdə "Spektr" kiçik müəssisəsində baş mühasib, 1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

 

1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi, 2000-2003-cü illərdə AR Vergilər Nazirliyinin İqdisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi, 2003-2005-ci illərdə AR Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İqtisadi məsələlər üzrə vitse-prezidenti, 2006-2008-ci illərdə Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavini vəzifələrində işləyib.

 

2008-2013-cü illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri, 2013-2016-cı illərdə isə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri vəzifələrində çalışıb.

 

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib.

 

Həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının Prezidentidir. Ailəlidir, 3 övladı var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

Deputat Azərbaycan xalqını təbrik etdi

Pandemiyanın “ikinci dalğası” gözlənilir?

ALDP sədrindən RAMAZAN TƏBRİKİ

Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını TƏBRİK EDİB