"Bir sıra qanunların yerinə yetirilməsində ciddi problemlər var"

00:16 23-10-2019 | icon 414 | Siyasət
"Bir sıra qanunların yerinə yetirilməsində ciddi problemlər var"

Qənirə Paşayeva: "Əgər qanunlar yerinə yetirilməzsə, uşaqları zərərli informasiyalardan, zərərli vərdiş və təsirlərdən lazımi qədər qoruya bilmərik"

 

Millət vəkili Qənirə Paşayeva MM-də ailələrin və uşaq təşkilatlarının uşaq hüquqları ilə bağlı qaldırdığı bir sıra təklifləri səsləndirib və müvafiq qurumları ciddi addımlar atmağa çağırıb.

 

Versus.Az xəbər verir ki, Milli Məclisdə çıxış edən millət vəkili Qənirə Paşayeva 18 yaşına çatmamış uşaqlar arasında qumar oyunlarına artan maraq və bu oyunlardan istifadə edən uşaqların sayının getdikcə çoxalması barədə ciddi narahatlıq doğuran problem barədə danışıb. O, "ailələr uşaqlarını qumar oyunları bəlasından qorumaq üçün dövlət və qeyri-hökümət təşkilatlarından, KİV-dən, bizim hamımızdan daha çox dəstək gözləyir" deyib.

 

Millət vəkili Q.Paşayeva bu problemin getdikcə daha da artması və yaratdığı faciələrin ciddi narahatlıq doğurduğunu və təcili,önəmli addımlar atılmalıdır deyib. Q.Paşayeva bildirib ki, uşaqları zərərli vərdişlərdən qorumaq üçün qəbul edilən qanunların həyata keçirilməsi üçün üzərinə məsuliyyət düşən təşkilatlar ciddi çalışmalıdırlar. "Təəssüf ki, bir sıra qanunların yerinə yetirilməsində ciddi problemlər var" deyən millət vəkili vurğulayıb ki, 18 yaşına çatmayan uşaqlara bu gün də demək olar ki, hər yerdə tütün məhsulları, spirtli içkilər satılır. Məktəblərə çox yaxın ərazilərdə tütün məhsullarının rahatlıqla satıldığını deyən millət vəkili, bunun hamımızı ciddi narahat etməli olduğunu bildirib.

 

Bu məsələlərin hamısı qanunla qadağandır deyən Q.Paşayeva bu istiqamətdə qanunların həyata keçməsinə məsuliyyət daşıyan qurumları ciddi addımlar atmağa çağırıb.

 

Millət vəkili uşaqlar arasında energetik içkilərə artan maraq və bu içkilərdən istifadə edən uşaqların sayının artmasının da ciddi narahatlıq doğurduğunu deyib. Uşaqlarımızın sağlamlığını qorumaq üçün bu istiqamətdə də addımlar atılmalıdır:

"18 yaşına çatmayan uşaqlara bu içkilərin satılmasının qadağan edilməsi, bu içkilərin uşaqlara zərəri barədə geniş maarifləndirmə işləri, uşaqların televiziyaya baxdığı saatlarda bu içkilərin reklamının qadağan edilməsi və s. kimi məsələlərin də öz həllini tapması lazımdır. Biz indi uşaqları zərərli informasiyalardan qorumaq üçün qanunlarımızda yeni əlavələri qəbul edirik. Bunlar çox önəmli məsələlərdir. Amma bu qanunlar yerinə yetirilməlidir və onun yerinə yetirilməsinə məsuliyyət daşıyan qurumlar fəal olmalıdırlar. Əgər qəbul olunan qanunlar yüksək səviyyədə yerinə yetirilməzsə biz uşaqlarımızı nə zərərli informasiyalardan, nə də zərərli vərdiş və təsirlərdən lazımi qədər qoruya bilmərik. Ona görə uşaqlarımızın hüquqlarının qorunması istiqamətində bütün cəmiyyət olaraq birlikdə daha fəal addımlar atmalıyıq. Bu sadəcə ailələrin məsuliyyəti olmamalıdır".

 

Millət vəkili Q.Paşayevanın çıxışını aşağıdakı linkdən izləyə bilərsiniz:

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol