"Ölkədə dini kolleclərin açılması zamanı dövlətçiliyə sadiq kadrlar unudulmamalıdır"

15:02 23-10-2019 | icon 659 | Siyasət
"Ölkədə dini kolleclərin açılması zamanı dövlətçiliyə sadiq kadrlar unudulmamalıdır"

"Kadr islahatlarının aparılması zəminində yeni təyin edilən, nisbətən əvvəlkilərdən az yaşlı məmurların fəaliyyətindəki fərqi zaman göstərəcək. Yaşın az olmasının problemləri həll edib-etməməsini hamı intizarla gözləyir. Əsas odur ki, insaf, vicdan, qanulara riayət, xalqa xidmət məsələsində islahat və inkişaf olsun. Bu baxımdan da yeni kadrların təyinində normal müxalifətin potensialından da istifadə edilməlidir".

 

Versus.Az-ın məlumatına görə, bunu açıqlamasında AXCP-nin sədr müavini Tural İrfan bildirib. Onun fikrincə, əsas amal xalqa xidmətdirsə, siyasi qərəz əsas prinsip deyilsə, sivil və təkliflərlə çıxış edən müxalifət partiyalarının üzvlərindən də məhz verdikləri təklifləri reallaşdırmaq üçün istifadə edilməlidir:

 

"Əksər sahələrdə zaman-zaman nisbi də olsa islahatlar aparılarkən din sahəsi demək olar ki, unudulur. Ölkədə radikal dindarların, xarici ölkələrin təsirində olan qrupların, xurafatçıların fəaliyyətinə göz yuman, rəvac verən məmurlar haqda da ölçü götürülməli, islahatlar zamanı yaddan çıxmamalıdır. Yaşlı nəslin gənc nəsillə əvəzlənməsinə diqqət din sahəsindən də yan keçə bilməz. Din sahəsində, xaricdə təhsil aralaq dövlət maraqlarımız əleyhinə formalaşdırılıb qayıdan, indi də məscidlərimizdə axundluq edən, o axundları təyin edən, məzhəbçiliyə, xurafatçılığa, radikalizmə, siyasi islama yol verən din sahəsinin məmurları haqqında da ölçü götürülməlidir. Milli maraqlarımızı dərk edən, şəhidlərimizə doğmalıq göstərən, ölkə daxilində təhsil almış, hazırda kənarda qalmış, ixtisasından başqa işlərlə məşğul olub dolanmağa məcbur edilmiş ali təhsilli ilahiyatçılar işlə təmin edilməlidir".

 

"Ölkədə dini kolleclərin açılması zamanı dövlətçiliyə sadiq kadrlar unudulmamalıdır" deyən İ.Turan qeyd etdi ki, işsizliklə üz-üzə buraxılan, savadlı, dini elmlərlə yanaşı dünyəni elmləri də bilən, ədəbiyyata, mədəniyyətə bağlı ilahiyyatçılarımızın yerinə xarici ölkələrdə siyasi-dini, radikal-xurafatçı, mövhumatçı, məzhəb ayrı-seçkiliyi yaradan, çox zaman da milli adət-ənələrimizə, milli əxlaqımıza zidd təbliğat aparan "axundlar, ruhanilər, imamlar, din mübəlliğləri" təyin edən, buna hansısa qaranlıq marağa görə rəvac verən məmurlar haqqında da tədbir görülməlidir.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol