"DOST mərkəzləri müasir Azərbaycanın siması kimi" mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb

15:45 23-10-2019 | icon 1091 | KİV
"DOST mərkəzləri müasir Azərbaycanın siması kimi" mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi "DOST mərkəzləri müasir Azərbaycanın siması kimi" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


Versus.Az xəbər verir ki, 1 saylı DOST mərkəzində keçirilən tədbirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Fondun icraçı direktoru Vüqar Səfərli, nazirliyin rəhbər vəzifəli şəxsləri, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə DOST mərkəzinin fəaliyyəti və burada əhaliyə göstərilən xidmətlərlə yaxından tanış olublar.


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qonaqları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini xüsusi qeyd edib. O bildirib ki, bu il 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan iki sosial paket icra olunub. Eyni zamanda həssas qrupları əhatə edən sosial müdafiə və aktiv məşğulluq proqramları getdikcə genişlənir. Nazir qeyd edib ki, əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində idarəçiliyin və əhaliyə xidmətlərin optimal, şəffaf, çevik iş mexanizmləri üzərində qurulması, vətəndaş məmnuniyyətinə nail olunması üçün mühüm islahatlar aparılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsinin gerçəkləşməsi bu sahədə mühüm uğurlar əldə etməyə imkan yaradıb. Nazir əlavə edib ki, bu ilin sonunadək 2, gələn il isə 8 əlavə DOST mərkəzinin istifadəyə verilməsi vətəndaş məmnunluğunun yüksək səviyyədə təminatına, xidmətlərin avtomatlaşdırılmasına və keyfiyyətinin yüksəlməsinə imkan verəcək.


Nazir həmçinin xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sosial-iqtisadi müşavirədə gələn il də ciddi sosial proqramların icra ediləcəyini, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımların atılacağını bəyan edib. Dövlət başçısı, eyni zamanda, şəffaflığın, dövlət nəzarətinin və ictimai nəzarətin təminatını əsas vəzifələrdən biri kimi müəyyən edib, "Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq", - deyə vurğulayıb.


Sahil Babayev müvafiq fəaliyyət sahələrində ictimai iştirakçılığın və ictimai nəzarətin, nazirlik üzrə məlumatların ictimai açıqlığının təmin edilməsi üçün görülmüş işləri qeyd edib. Bildirib ki, "e-sosial" internet portalı vətəndaşlara özləri barədə sosial xarakterli məlumatlara çıxış imkanı ilə bərabər, öz sosial hüquqlarının təminatına da geniş ictimai nəzarət imkanı verib. Burada özünüməşğulluq proqramının iştirakçıları, onlara aktivlərin verilməsi prosesi, aktivlərin keyfiyyəti və s. məlumatlar açıqlanır, nazirliyin rəsmi saytında "İşsizin DOSTu" proqramı iştirakçılarının siyahısı təqdim olunur.


Nazir ictimaiyyətlə əlaqələrin effektiv təşkilində, ictimai məlumatlandırmada media ilə fəal əməkdaşlığa da xüsusi önəm verildiyini vurğulayıb. Nazir əlavə edib ki, "DOST mərkəzləri müasir Azərbaycanın siması kimi" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin təşkilində məqsəd dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi ilə göstərilməsinə imkan verən DOST layihəsinin üstünlükləri barədə geniş ictimai məlumatlandırmada peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır. Nazir müsabiqənin nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.


İcraçı direktor bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu sosial islahatlar paketi 2019-cu ildə vətəndaşların sosial rifah halının əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edib. O, son 1 il yarımda nazirliyin səmərəli və çevik fəaliyyətinin əhalinin sosial rifah halının yüksəldilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədinə xidmət etdiyini bildirib. Hökumət üzvlərinin iştirakı ilə keçirilmiş son iqtisadi müşavirədə nazirliyin uğurlu fəaliyyətinin dövlətimizin başçısı tərəfindən də qeyd edildiyini xatırladan Vüqar Səfərli qazanılan nailiyyətlərə görə nazir Sahil Babayevi təbrik edib.


Çıxışını davam etdirən icraçı direktor həmçinin bildirib ki, Fondun fəaliyyətində başlıca istiqamətlərdən biri də mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməkdir. Vüqar Səfərli əlavə edib ki, bu məqsədlə mütəmadi olaraq konfranslar keçirilir, fərdi jurnalist yazıları təşkil olunur. Son 1 il yarımda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə 4 belə müsabiqənin keçirildiyini xatırladan Vüqar Səfərli bunu nazirliyin mediaya açıq olması və səmərəli fəaliyyəti kimi dəyərləndirib.


İcraçı direktor həmçinin vurğulayıb ki, 24 iyul 2019-cu il tarixdə elan edilən və 27 sentyabr 2019-cu il tarixdə başa çatan müsabiqəyə 17 KİV-dən 29 yazı təqdim edilib. Yazılar 3 nəfər ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtlərinə əsasən, I yerin qalibi (1 nəfər) üçün 1000 manat, II yerin qaliblərinin (2 nəfər) hər biri üçün 800 manat, III yerin qaliblərinin (3 nəfər) hər biri üçün 500 manat, eləcə də həvəsləndirici yerlərə layiq görülmüş KİV əməkdaşlarının (5 nəfər) hər biri üçün 200 manat pul mükafatı və diplomlar nəzərdə tutulub.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov dövlət qurumlarının fəaliyyətində mətbuatla sıx əməkdaşlığın, o cümlədən belə müsabiqələrin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb, qalibləri təbrik edib. Ə.Amaşov bildirib ki, dövlət başçısının uğurla reallaşdırdığı iqtisadi islahatların nəticəsi kimi son illər əhalinin sosial müdafiəsi mexanizmləri təkmilləşir, bu sahədə xidmətlərin səviyyəsi yüksəlir.


Mətbuat Şurasının sədri sosialyönümlü islahatların uğurla reallaşdırılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. O, xüsusən də regionlarda yaşayan əhalinin maarifləndirilməsi istiqamətində nazirliklə medianın birgə və səmərəli fəaliyyətinin genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.


Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

 

"DOST mərkəzləri müasir Azərbaycanın siması kimi"

 

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

Orta bal

 

I yer

Rüstamov Ceyhun Fariz oğlu

"AZƏRTAC" İnformasiya Agentliyinin redaksiya müdiri

20,6

 

II yer

Paşa Elşad Əlhüseyn oğlu

"Yeni Müsavat" qəzetinin müxbiri

20

 

II yer

Xankişiyeva İlhamə Əbülfət qızı

"Oxu.az" İnformasiya Agentliyinin müxbiri

19,6

 

III yer

Mehdizadə Şəbnəm İsmixan qızı

"Kaspi" qəzetinin müxbiri

19,3

 

III yer

Hümmətov Aqşin Şahin oğlu

"Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru

19

 

III yer

Salahov Mətləbəli Bayraməli oğlu

"Səs" qəzetinin məsul katibi

18,3

 

Həvəsləndirici

Abuşova Elnurə Nurəddin qızı

"Mövqe" qəzetinin müxbiri

18

 

Həvəsləndirici

Babayeva Mənsumə Maşallah qızı

"İki sahil" qəzetinin müxbiri

17,6

 

Həvəsləndirici

Əliyev Seymur Telman oğlu

“Moderator.az” saytının redaktoru

17,6

 

Həvəsləndirici

Cəlilova Günel İsa qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

17,6

 

Həvəsləndirici

Həsənov İsgəndər Aqil oğlu

"525-ci qəzet"in redaktoru

17,6

   

İsmayılov Rufik Afis oğlu

"Kaspi" qəzetinin müxbiri

17,3

   

Bayramov Nardar Məmməd oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

17,3

   

Sarıyeva İradə Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

16,6

   

Quliyev Səxavət Şöhrət oğlu

"AZƏRTAC" İnformasiya Agentliyinin müxbiri

16,6

   

Əliyev Azad Akif oğlu

"Həftə içi" qəzetinin redaktoru

16,6

   

Abdullayev Ayyət Əhməd oğlu

"Şərq" qəzetinin redaktoru

16,6

   

İlyasov Vəli Yusif oğlu

"İki sahil" qəzetinin müxbiri

16,6

   

Sultan Rüfət Nadir oğlu

"Mövqe" qəzetinin müxbiri

16,6

   

Hakıyeva Səadət Zifi qızı

"AZƏRTAC"İnformasiya Agentliyinin müxbiri

16,6

   

Oğuz Aysel Yunus qızı

"Olaylar" İnformasiya Agentliyinin şöbə müdiri

16,6

   

Məmmədov Nüsrət Həsən oğlu

"İki sahil" qəzetinin məsul katibi

16,6

   

Hüseyinova Cəmilə Aslan qızı

"Həftə içi" qəzetinin müxbiri

16,6

   

Cəfərov Natiq Nəriman oğlu

"Kür" qəzetinin müxbiri

(Yevlax)

16,3

   

Səfərova Samirə Məmmədhənifə qızı

"Bakı-Xəbər" qəzetinin baş redaktor müavini

16,3

   

Baxşəliyev Sabir Məhiş oğlu

"Həftə içi" qəzetinin müxbiri

16,3

   

Hüseynova Pərvanə Rafiq qızı

"The Business Times" qəzetinin müxbiri

15,6

   

Cəfərov Vasif Məmməd oğlu

"Mövqe" qəzetinin müxbiri

15,6

   

Nəsirli Akif Sovet oğlu

"Paralel" qəzetinin baş redaktor müavini

15,6

 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin