"Bu yeniliklər Milli Məclisin tərkibində də öz əksini tapmalıdır"

08:50 24-10-2019 | icon 518 | Siyasət
"Bu yeniliklər Milli Məclisin tərkibində də öz əksini tapmalıdır"

Əlabbas Məhərrəmli: "Yəqin ki, yaşlı və artıq dəfələrlə mandat almış deputatlar da Prezidentin bu çağırışına adekvat davranacaqlar"

 

“Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”. Bu sözləri cənab prezident İlham Əliyev baş nazirin sabiq müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovu istefa ərizələri yazdıqdan sonra qəbul edərkən səsləndirib.

 

Versus.Az-ın məlumatına görə, bu sözləri açıqlamasında siyasi ekspert Əlabbas Məhərrəmli deyib.

 

Ekspert bildirib ki, bu acıqlama cəmiyyətdə maraqla qarşılanmaqla yanaşı, həm də müsbət reaksiya doğurub:

 

"Eyni zamanda, bu addım aparılan islahatların tərkib hissəsinə çevrilməlidir. Yəni dövlət başçısının qeyd etdiyi kimi, islahatların tempi ilə ayaqlaşa bilməyən məmurlar “yol”dan çəkilmədirlər. Fikrimcə, prezidentin bu açıq eyhamını düzgün qiymətləndirə bilməyənlər sərəncamla təqaüdə göndəriləcəklər".

 

Ə.Abbasov hesab edir ki, bu yeniliklər tək icra strukturları ilə məhdudlaşmamalı, Ali qanunvericilik orqanı – Milli Məclisin tərkibində də öz əksini tapmalıdır:

 

"Yaşlı və artıq dəfələrlə mandat almış deputatlar Prezidentin həmin tövsiyəsini - eyhamını nəzərə almalıdırlar. Ancaq burada əsas məsələ seçicilərin mövqeyidir. Hər halda, yəqin ki, onlar da prezidentin bu çağırışına adekvat davranacaqlar. Gənclik enerjidir, təcrübə isə zamanla qazanılan keyfiyyətdir".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı