Permanent makiyaj - Mövcud risklər

09:12 24-10-2019 | icon 652 | Maraqlı
Permanent makiyaj - Mövcud risklər

Permanent makiyaj heç bir fəsadı olmadan edilən məşhur kosmetik prosedur olaraq bilinir.

 

Amma onun da tibbi baxımdan, ağırlaşmalara səbəb ola biləcək riskləri mövcuddur. Onları üç qrupa bölmək olar:

Birinci qrup permanent makiyajla birbaşa əlaqəli deyil. Bu, prosedur zamanı cildin zədələnməsi, qanla, bədəndəki mayelərlə təmas bunun nəticəsində infeksiyaya (HİV, hepatit və s.) yoluxma ehtimalıdır.

 

Sözsüz ki, indi alətlərin əksəriyyəti birdəfəlikdir, amma yenə də infeksiya riskini görməzdən gəlmək olmaz.

 

Risklərin ikinci qrupu birinciyə bənzəyir. Belə ki, proseduru həyata keçirən ustanın tibbi təhsili yoxdursa, asepsis və antiseptiklərin qaydalarını bilmirsə, qoruyucu maska taxmırsa, tüpürcək belə infeksiya mənbəyinə çevrilə, infeksiya səbəbindən kəskin iltihablı reaksiya baş verə bilər.

 

Üçüncü qrupa allergik reaksiyalar daxildir. Buna həm prosesdə istifadə edilən hər hansı bir komponent, həm də piqmentlərin özləri səbəb ola bilər. Allergiyalar daha çox döymə və lazer istifadə edilən prosedurlarda özünü göstərir. Belə allergiyalar bəzən bir neçə saat ərzində keçib gedə, bəzən isə daha ağır fəsadlar verə bilər.

 

Ümumilikdə əksər hallarda permanent olduqca dinc prosedurdur və ağırlaşmalar, mənfi reaksiyalar olduqca az hallarda baş verir. Amma yenə də məsələn, allergiya kimi nəticələri əvvəlcədən müəyyən etmək mümkünsüzdür. Buna görə də diqqətli olmaqda fayda var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin