Saturnun peykinin dərinliyində böyük okean var - NASA

15:58 24-10-2019 | icon 377 | Dünya
Saturnun peykinin dərinliyində böyük okean var - NASA

Saturnun "Enselad peyki"nin yaşı həyatın yaranışı ilə ideal uyğundur. Səthi buzla örtülmüş Saturnun "Enselad peyki"nin dərinliyində böyük okean gizlənir.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, NASA–nın Qoddarda Kosmik Uçuşlar Mərkəzində, Mark Nevyenin (Mark Neveu) rəhbərliyi altında təqdqiqatçılar qrupunun məlumatına əsasən, bu okeanın yaşı təqribən bir millyard il təşkil edir və həmin müddət okeanda həyatın inkişafı üçün zəruri vaxta ideal uyğun gəlir.

 

Nevye və onun əməkdaşları tərtib etdikləri kompüter modelləşməsi vasitəsilə 13 il ərzində Saturn ətrafında orbitdə olan NASA-nın "Cassini" kosmik apparatının köməyi ilə toplanmış məlumat əsasında Enselad (şəkil 1) peykinin yaşını hesablayıblar.

 

"Cassini" aparatıının köməyi ilə edilmiş böyük kəşflərdən biri Enseladda hidrotermal mənbələrə malik okeanın kəşf olunmasıdır.

 

Enseladda tapılan okeanın yaşı orada həyatın mövcudluğu üçün böyük əhəmiyyətə malikdir. Mürəkkəb bioloji molekullar nisbətən sadə komponentlərdən kimyəvi reaksiyaların gedişində əmələ gəlir.

 

Lakin istənilən kimyəvi çev­ril­mə üçün müəyyən zaman müd­dəti tələb olunur. Əgər En­selad peyki çox cavan olarsa, həyatın yaranmasına gətirən reaksiyaların gedişi üçün tələb olunan zaman həqiqətən kifa­yət etməzdi. Müəlliflər izah edir ki, əksinə, Saturnun peykindəki okeanın yaşı həddindən böyükdürsə, onda bütün reaksiyalar tarazlıq halına çata bilməz və bu halda həyatın mövcudluğu yenə qeyri mümkün olardı.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu