Gənc fəallar Əli Kərimlini sosial şəbəkələrdə rüsvay etdi /VİDEO/
Sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlinin icazəsiz mitinq keçirməsi istehza ilə qarşılanıb.
Versus.Az Trend-ə istinadən xəbər verir ki, sosial şəbəkə aktivistləri Əli Kərimlinin keçirməyə cəhd etdiyi qanunsuz aksiyadakı görüntülərini müxtəlif səslərlə montaj edərək maraqlı videoçarxlar hazırlayıb. Videoçarxlarda Əli Kərimli keçi rolunda, təzə gəlin obrazında montaj edilərək yayımlanıb. İctimai fəallar Əli Kərimlinin durumunu iflasa uğramış Hitler, ac-yalavac keçi və digər obrazlara bənzədərək onun gülünc mövqeyini ictimaiyyətə təqdim ediblər. Onlar bu çarxlarla Əli Kərimliyə mesaj göndəriblər. Fəallar bu yolla Əl Kərimlini oyanmağa, Azərbaycanda gedən iqtisadi inkişafa nəzər salmağa çağırıblar. Video-roliklər vasitəsilə tənqid edilən Əli Kərimli həqiqətən mitinq görüntülərində gülünc və biabırçı vəziyyətdə görsənir. Gənclər bu videolarla onun hansı statusa malik olduğunu, cəmiyyətdə necə bir imic yaratdığını göstərirlər.
İctimai fəallar bununla Əli Kərimliyə bildirmək istəyirlər ki, o, bu hərəkətləri ilə heç nəyi dəyişə bilməyəcək, ictimaiyyəti çaşdırmağa yönələn cəhdləri həmişə iflasa uğrayacaq. Videolardan görünür ki, ictimaiyyət Əli Kərimlini iflasa uğramış faşist Hitleri, boş yerə çənə döyən keçi kimi qəbul edir, onun verdiyi mənasız bəyanatlara əhəmiyyət vermir.
Videolardan belə qənaətə gəlmək olar ki, artıq xalq həqiqətən də özünü müxalifət adlandıran bu tip insanlara nifrət bəsləyir, onların cəhdlərini yalnız şou kimi qəbul edir. Xalq Əli Kərimlini boşboğaz və vecsiz insan kimi tanıyır. Xalq Azərbaycanda gedən sürətli inkişafı alqışlayır, dövlətə, dövlətçiliyə qarşı çıxanları, şəxsi maraqlarına görə dövləti maraqları qurban verən səviyyəsiz insanları rədd edir, onu yalnız məzhəkə ilə yad edir...
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"