"Haqq mənəm, haqq məndədir" adlı musiqili-bədii axşam keçirilib

11:02 26-10-2019 | icon 309 | Mədəniyyət
"Haqq mənəm, haqq məndədir" adlı musiqili-bədii axşam keçirilib

Beynəlxalq Muğam Mərkəzində "Haqq mənəm, haqq məndədir" adlı musiqili- bədii axşam keçirildi. Beynəlxalq Muğam Mərkəzi “Nəsimi ili” çərçivəsində layihələrə dəstək verir.

 

Versus.Az xəbər verir ki, ölkəmizdə elan olunan “Nəsimi ili” çərçivəsində keçirilən silsilə tədbirlər davam edir. Oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzinin və Folklor İnstitutunun birgə layihəsi əsasında İ.Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Haqq mənəm, haqq məndədi” adlı musiqili-bədii axşam keçirildi.

 

Tədbirdə Əməkdar artist Nuriyyə Hüseynovanın və “Dədə Qorqud” ansamblının digər üzvlərinin ifaları səsləndi.
Gecədə Əməkdar artistlər Nuriyyə Hüseynova, Solmaz Kosayeva, solistlər Həlimə Soltan, Mehman Mikayilov, Ülviyyə Sədaqət, Çilənay Hüseynova, Ceyhun Muradov, Rafael Əsgərov,Cahandar Mikayilovun ifasında şairin şeirlərindən nümunələr tamaşaçılara təqdim olundu.

 

Konsertdə ifaçıları Nuriyyə Hüseynovanın bədii rəhbərliyi ilə “Dədə Qorqud” ansamblı müşayiət edirdi.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF