Kimlərin əli kimlərin cibindən çıxır...

14:48 12-04-2018 | icon 1238 | Köşə
 Kimlərin əli kimlərin cibindən çıxır...

 

Kimlər əyilə-əyilə kimlərin evindən çıxır

 

İGİD TEYMURLU

 

Özünüzü yormayın: hakimiyyətə gəlmək və hakimyyətdən getmək heç zaman xalqın marağında olmayıb. Bu maraq haqqındakı uydurmalar siyasətin kluarlarında formalaşdırılıb və sırınıb. Tərəfin biri kabinetdən, o biri meydandan qışqırıb, xalqsa ortalıqda vurnuxmaqla həm sağ, həm də solun istifadə vasitəsinə çevrilərək başına dəyən zərbələrə qonaq olub.

 

Əfəndilər, siyasi məqsədlərinizə görə vasitəyə çevirdiyiniz xalqa müstəqilliyimizi qazanan vaxt xəyal etdiyimiz Azərbaycanla indiki Azərbaycan arasında paralellər aparanda İLK YANLIŞI harada yapmağımızla bağlı mövqeyinizi apaydın şəkildə açıqlaya bilərsinizmi?..

 

HAŞİYƏ: Bir zaman dəyərli MİRMAHMUD MİRƏLİOĞLUnun rəhbərlik etdiyi KAXCP-də keçirilən tədbirlərdən birində Mehriban Vəzirin, Fazil Mustafanın, Əli Məsimovun, Pənah Hüseynovun və bir qisim yadımdan çıxanların iştirakıyla keçirilən tədbir zamanı ünlü aydınlarımızdan olan ABBAS ABDULLA sağ əlinin baş barmağını o zaman Kələkidə olan Əbülfəz Elçibəyin şəklinə tuşlayaraq "Heydər Əliyevi bu gətirmədimi hakimiyyətə, elə bu gətirdi də, siz nəyi qoyub, nədən danışırsınız!?" - deyə, orada olan hər kəsə sual etməklə yanaşı və hər kəsi də ittiham etdi...

 

Əcəba, öyləsə bunca riyakarlıq etməyin kökündə nə dayanır deyə Abbas bəyə sual vermək istərkən Mehriban xanım bunun ictimailəçdirilməsini məqbul saymadı. Zatən bir ANA qarşısında boynumuz bükük olduğu üçün Onun Sözü də hakim rolunda çıxış etdi...

 

O zaman həmin bu çox hörmətli CƏMİL HƏSƏNLİ sözün düzü, bilmirəm harada idi. Və o zaman həmin çox hörmətli  GÜLTƏKİN XANIM HACIBƏYLİ də heç bilmirəm neynirdi. Və zatən hər ikisi də total şəkildə ittiham obyektlərindən olan subyektlər idilər. Yəqin ki,Yurddakı oyunlara müqabil əks mövqedə dayanıblar ki, diqqət cəlb etməyiblər...

 

Rəhmətlik Elçibəyin min bir zillət hesabına formalaşdırdığı AXCP-ni məhz öz siyasi iddiaları və hansısa sifariş əsasında param-parça edərək orada özünə YURD salan ƏLİ KƏRİMLİ Allah şəfasını versin, məhz çox hörmətli İSA QƏMBƏR və BU HAKİMİYYƏTİN ŞOTUNA ayaq üstdə dayana bildi. Mən hələ bu prosesdə bir yandan tənqid olunan, başqa bir yandansa uzanan kömək əlinə qarşılıq görən “bp” şirkətinin “əməyi”ndən danışmaq istəmirəm...

 

Əli Kərimli öz potensialına görə deyil, rəhmətlik Elçibəyin gəncliyə dayaq durma amacından irəli gələrək Azərbaycan siyasətinə sırınıb və hifz olunub saxlanılıb. Sonrakı dövrlərdə də məhz İsa Qəmbər olmasaydı, o zaman Qüdrət Həsənquliyev də, Arif Paşa da, Ramiz Tağıyev də, Fazil Mustafa da, Mirmahmud Mirəlioğlu da Əli Kərimlini doğulduğuna görə peşiman edərdilər.

 

Və bu, o MİRMAHMUD MİRƏLİOĞLUDUR Kİ, artıq Cəbhə hakimiyyəti təhvil verəndən sonra Elçibəyə olan "hücumlar" birə on qat artanda müsavatçı İBRAHİM İBRAHİMLİ ilə meydanda tək qalmışdı. Onda Əli Kərimli onu Azərbaycan siyasətinə gətirən və onu yem olmaqdan xilas edən rəhmətlik Elçibəyin və AXCP-nin müdafiəsi haqqında nəinki düşünür, heç çaba da göstərmirdi...

 

1998-ci ildə rəhmətlik Elçibəyin vurğuladığı “İranın və Rusiyanın uşaqları məni satdılar” açıqlaması nə tez yaddan çıxdı. Kim idi bu uşaqlar? O zamandan bu günədək verilən açıqlamalar və müsahibələr saf-çürük edilərsə, görərik “kimlərin əli kimlərin cibindən çıxır: kimlər əyilə-əyilə kimlərin evindən çıxır”...

 

Hər halda atılan söz məntiqlə götürəndə Əli Kərimliyə, İsa Qəmbərə, Etibar Məmmədova, AQB-yə və digərlərinə yönəlmişdi. Və bu sırada onların opponentlərindən olan Sabir Rüstəmxanlıyla müqayisədə Əli Kərimlini “mübarizə adamı” kim təqdim etmək yumşaq dillə desək, sadəcə olaraq əyrini düzdən ayıra bilməmək, qiymətləndirmədə reallığı deyil, özünün görə biləcəyi qədəri dilə gətirməkdir. Belə yanaşma həm də tarixi saxtalaşdırmaq və tarixə yurdçu nasix gözüylə baxmaqdan başqa bir şey deyil. Ən azından ona görə ki, rəhmətlik Elçibəyin özünün Rüstəmxanlını hədəf götürənlərə münasibətdə “sən nə vaxtdan əxlaqını yedin ki, Rüstəmxanlıya münasibətdə belə mövqedən yanaşırsan” formatlı dəhşət saçan açıqlaması var. Elçibəyin belə açıqlaması ortadadırsa, İranın Rüstəmxanlıya ölüm fətvası tarixin yaddaşında həkk olunubsa və dünənki, bugünkü və gələcək Rusiya faktoru Rüstəmxanlı tərəfindən apaydın bir şəkildə Azərbaycan üçün təhlükə kimi dəyərləndirilirsə, onda “İranın və Rusiyanın uşaqları” qismində yurdçular və yurda dəstək verən həvəskarlar tanınmalıdır...

 

Sonrakı dövrün “faktları” da sübut etdi ki, məhz AXCP-ni dağıtmaqla Əli Kərimli dağıdıcı missiyasını əzmlə davam etdirdi. Şübhəsiz ki, bu da həm İran və Rusiyaya, həm hakimiyyətə, həm də “Demkonqres-1”də cəmləşənlərə sərf edirdi. Və təbii ki, maraqların belə üst-üstə düşməsində hər bir qüvvənin öz istəyi var idi. Yaxın xaric Azərbaycanı, hakimiyyət müxalifəti, “Demkonqres-1”in əsas söz adamları AXCP-ni zəiflədirdilər. Bu situasiyadan ən çox əziyyət çəkən və ən çox çətin durumda qalansa hakimiyyətin özü idi. Çünki hadisələrin gedişatında hakimiyyət həm Azərbaycanın maraqlarını İran və Rusiyadan qorumalı, həm də ölkə daxilində öz gücünü tam şəkildə realizə etməli idi. VƏ ETDİ DƏ...

 

O dönəmlərdə ƏLİ KƏRİMLİNİN "Lider” TV-dəki donuyırtıq halda təqdimatına çəçə çalanlar sırasında Yurda toplananlardan da az olmayıb. Yaxud, əksinə. Bu gün Yurdun “Milli Şura” dediyi qurumunda təmsil olunanlarla bağlı açın "Azadlıq" qəzetinin arxivini, Azərbaycanın AŞ-dakı nümayəndə heyətinin fəaliyyətilə bağlı yazdıqlarına baxın və onu təzədən yayımlayın. Edə bilərsinizmi? Ayıbdı, vallahi, ayıbdı!!!!

 

Əli Kərimliylə mənim nə işim ola bilər. O siyasətin və “samozvanets” siyasətçilərin qurbanıdır. Mən də "KƏNAR ADAM" kimi siyasi dramaturgiyamızda baş verənləri seyr edənlərdən biri. Heç kimi qınamıram və heç nəyi də demirəm, ancaq zamanı gələndə deməyi də bacarır, olub keçənlərlə bağlı nəinki imla, hətta inşa da yazmağı ortaya qoya bilirəm. Yetər ki, siz öz gözünüzlə ətrafa baxmağı öyrənin.

 

Onu da bilirəm ki, eyni Ruh Adamı olduqlarından Rüstəmxanlı da çoxlarını Azərbaycan siyasətinə sırıyıb və bir az sadəlövhcəsinə, bir az da çıxılmazlıq pentaqrammasında olduğundan yurda rəğbət bəsləyn uşaqların qorunmasında özü də iştirakçı olub. Və mən belə danışanda bir partiyada oturub, bir partiyada eyni tabaqdan çörək yesələr də başqa bir partiyanın təəssübünü çəkməklə məni "HAFİZ HACIYEVİN ADAMI" kimi təqdim edənlər qınaq stimullaşdıran robota dönüb çevir tatı, vur tatıyla məşğul olurlar...

 

HAŞİYƏ: Söyüş jarqonunu (aşağıda ərz edəcəm ki, Azərbaycan siyasətinə və Azərbaycan mətbuatına bu jarqonu kim gətirib) nəzərə almazsaq və zatən də heç bir halda fərd olaraq mən bunu qəbul etmirəm, Hafiz Hacıyevin “real, ana, radikal müxalifət” haqqında söylədiklərinin yüzdə yüzü öz təsdiqini tapıb. Aşağıda ərz edəcəyim kimi elə özləri tərəfindən. Hafiz Hacıyev adam kimi apaydın bir şəkildə söyləyir ki, “mən qanuna uyğun olaraq bu hökumət tərəfindən maliyyələşirəm və hər zaman da qardaşımın yanındayam”. Xoşu gəlməyən, kursunu qəbul etmədiyi MÜXALİF  ƏTLƏRi də öz üsul və metodlarından istifadə etməklə yıxıb sürüyür. Bəs vaxtilə ona “balıq Hafiz” deyib, indi onun qapısının ağzında boyun buraraq “Hafiz bəy, zəhmət olmasa”, “Hafiz bəy, lütfən”, “Hafiz bəy, mümkünsə vaxtınız varsa” deyə buqələmunluq edərək ondan matah qayıran elə həmin düşərgənin adamalrı necə? “Yeni Müsavat” və “Azadlıq” qəzetləri Hafiz Hacıyevin adı gələndə elə bil öz YUVALARINDA İLAN görürdülər, indi MMP sədri elə həmin Rauf Arifoğlunun sevimli siyasi fiquruna çevrilib. Və bu, həmin Rauf Arifoğludur ki, indi bax elə bu Yurdun “Milli Şura”sına toplananlar bu Qozbel Mediçini Mikelancelo kimi gözəllik mücəssəməsi sayağında cəmiyyətə sırıyırdılar.

Yurda toplaşanlar da Hafiz Hacıyev kimi elə bu hakimiyyətdən maliyyələşir və Hafiz bəydən fərqli olaraq “öz QHT sektorları vasitəsilə Qərbin, İranın, Rusiyanın xüsusi xidmət orqanlarından para alıb Azərbaycanda daxili stabilliyi pozmaq və vətəndaş qarşıdurması yaratmağa çalışırlar”. Qardaşım, bundan xalqa nə xeyir var ki, gündə də camaatı aldadıb MƏHSUL YIĞIMIna dəvət edirsiniz...

 

Yenə də bir HAŞİYƏ: Lütfən, mənə deyin görək bax o 1992-1993-cü illərin "SARI MƏTBUAT"ı var idi ha, kimin çetesi o mətbuatı maliyyələşdirir və ondan para qazanırdı? Metroya düşmək olmurdu e, hamının əlində nəinki erotik, hətta pornoqrafik janrlı yazılar və şəkilləri yayımlayan həmin qəzetləri kim maliyyələşdirirdi, hə, deyin də? Hətta o qəzetlərin səyyar satışıyla məşğul olanların özləri belə kimin çetesinə daxil idi?..

 

Bax o zamandan Azərbaycanda söyüş janrı at belinə qalxdı. Bu yurdun Uşaqları Azərbaycan siyasətinə, bu yurdun uşaqlarına rəğbət bəsləyən mətbuatımızın saqqallı personajları da mətbuatımıza söyüş janrını gətirdilər. Və indi həmin söyüş janrı elə onların özləri tərəfindən Avropadan üzü bu yana doğru səslənməkdədir. Ayıbdır, vallahi, ayıbdır!

 

Hafiz Hacıyevin adı betdamdır. "Azadlıq" və "Yeni Müsavat" qəzetləri arasında gedən mətbu savaşda və bu savaşa rəhbərlik edən Müsavatla Yurdun komutanlarının dolayı təqdimatlarında siz söyüş janrının ən pik həddini görmədinizmi? Heç Hafiz Hacıyevin Əli Kərimliylə İsa Qəmbər, Qənimət Zahidlə Rauf Arifoğlu haqqında demədiklərinin on qatını bunlar bir-birinə söylədilər. Və bu həmin Əli Kərimli idi ki, dar gündə ona həyan duran müsavatçılara qəzetlərini çıxarmaq üçün heç bir şəraiti yaratmadı. Və yaratmadı, bilirsiniz neyçün, bax bunu mən demirəm, gedin Rauf Arifoğlunu danışdırın, qoy desin. O Rauf Arifoğlunu ki, Azərbaycanda müstəqil mətbuatın yaranmasında kifayət qədər rolu olub, həm Əli Kərimlidən, həm də Qənimət Zahiddən azı on qat artığına. Bəs Əli bəy necə "demokarat adam", necə "mübarizə adamı" idi ki, Rauf Arifoğlunun zərərsizləşdirilməsi prosesində həm də açar rolu oynadı, katalizatorluq etdi!?

 

Əli Kərimli belə "mübarizə adamı"dırsa, nə əcəb bunu damlamırlar. Deməli, Azərbaycanda güclü demokratiya var (və bunun təqdimatı üçün Əli Kərimli yurdçularının keçirdiyi mitinqlər və Əli Kərimlinin damlanmaması da sübut kimi xaricə göstərilir).

 

Əli Kərimli aşiqləri bildirirlər ki, "Əli Kərimlinin həbs olunması bu hakimiyyət üçün daha ağır fəsadlar verə bilər" deyə Əli Kərimli damlanmır”!!!??

 

Xub, öyləsə bəs elə yuxarıda ərz olunduğu kimi, bunun əksini düşünsək, necə? Bəs onda bu hakimiyyətin "demokratikliyi" ilə bağlı görüntünü kim yaradacaq?

 

BİR HAŞİYƏ: Tarixi yadımda deyil, siz bilərsiniz. Yadınızda var haaa, Azərbaycanda mental dəyərləri tapdalayan üzdəniraqlar aksiya keçirmək istəyəndə darmadağın edildilər ee. Bununla onlar Avropanı Azərbaycanın üzərinə qaldırmaq istəyirdilər ki, Azərbaycanda azadlıqlar boğulur, bu məmləkətdə onların düşüncə tərzləri, yaşam tərzləri qətiyyən nəzərə alınmır (və alınmamalıdır da), Azərbaycan beynəlxalq hüququn bir subyekti olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir (bu kontekstdə yerinə yetirməməlidir də). Baxın, elə həmin zaman avropalı itlər dişlərini qıcayıb Azərbaycana doğru səmt götürən zaman dərhal Əli Kərimlinin yurdçuları bir aksiya keçirdilər və hakimiyyət tərəfindən də bunlara heç bir maneçilik edilmədi. Beləliklə,  həmin Avropaya hakimiyyət tərəfindən sübut olundu ki, dilinizi dilçəyinizə qoyun, bizdə hər şey tam normaldır.

Uzağa nöş gedirsiniz. Elə indi də YURDUN "MİLLİ ŞURA" sı deyəsən aprelin 14-nə mitinq planlaşdırıb. Bilirsiniz niyə? Baxın, ayın 11-i prezident seçkiləri keçirilir, heç prezident seçkilərinin nəticələrinin bəyan edilməsinin vaxtı çıxmamış kolxoz təfəkkürüylə siyasi MƏHSUL toplamaq üçün qol çırmalayan Yurdun "Milli Şura”çıları mitinq keçirir e, mitinq!!!

 

MƏN ÖLÜM, KEFLİ İSGƏNDƏRİN SÖZÜ OLMASIN, "lotu lotuyanə deyin" harada var belə demokratiya?

 

Adbaad demirəm, zatən buna ehtiyac da yox, görən bu YURDun "Milli Şura" üzvlərinin öz övladları da Məhsul Yığımına qatılacaqlarmı, yoxsa virtual qaydada Avropadan rəhmətlik Barışın “əl salla, əl salla: kol salla, kol salla”sını aranjiman edib təqdim edəcəklər virtual biçənəklərdə...

Yurdun, Müsavatın və ADP-nin keçirdiyi "icasəsiz aksiyalar" yoluyla bu millət gözüqıpıqlığa və ələbaxımlılığa öyrədildi. Ki, təfərrüatını da çılpaqlığıyla demirəm, çünki hamı bunu gözəl bilir. Və bunların tənqid etdikləri hakimiyyət də ayaqda saxlanıldı.

 

Zatən BU HAKİMİYYƏTDƏN HƏLƏ Kİ, YAXŞISI DA YOX  Bu konuda məni topa tutmaq istəyənlər Xocalı soyqırımından öncə "5-6 kənd verməliyik ki.." açıqlamasına, Kəlbəcərin işğalına, Laçın işğal olunmamışdan düz bir ay qabaq 300 maşın karvanının bu rayona göndərilməsinə, 2 gündən bir müdafiə naziri dəyişmələrinə, Arif Paşanın rəhbərliyində olan batalyonun tərksilah olunmasına, 2 dəfə satılan Qrişanın aqibətinə, Turşsuda körpünün partladılmasına, azad olunan Laçının 113 kəndinin yenidən "Surət Hüseynov zasadadır" fitnəsiylə ermənilərə qaytarılmasına, Gəncə hadisələrinə, MTS generalının talış qiyamına və saymaqla bitib tükənməyən rəzilliklərə aydınlıq gətirib həm də əllərinə ruçka-dəftər götürüb bir imla yazsınlar. Buna fəhmləri və cürətləri catacaqmı?..

 

Və hələ mən "dörddə birini" söyləmiyorum, əfəndilr!!!

Bəlkə mitinqdə belə şeylərdən də danışasınız!!!

 

Nə isə....

Bax bütün bu deyilənlərə rəğmən AZƏRBAYCANIN BU GÜNÜ VƏ GƏLƏCƏYİ BAXIMINDAN gerçəyi dilə gətirməyi bacarın və özünüzdən utanmayacaq qədərində böyük olun! Sizlərin Yurddakı "Milli Şura " çərçivəsindəki "böyüklüyünüz"sə gördüyünüz qədərdir. Və bu qədər həqiqətin özü deyil...

 

Di söyləyin görək, çox hörmətli Cəmil Həsənli və çox hörmətli Gültəkin Hacıbəylidən özlərinə komufuljay formalaşdıran Yurdun Çığal Uşaqları, kimdir "mübarizə adamı" - sözünü açıqca söyləyənlər, yoxsa kol dibində min oyundan çıxanlar!!!

 

Sizlər Meydan Psixologiyasını çoxdan məhv etmisiniz!!!

Siz nəyin peşindəsiniz, Meydanı lərzəyə gətirən, bu siyasət yolunda Sizdən bir yox, min addım öndə gedən bir Adam cığal uşaqların kolgəsinə sığınsınmı!?

 

Və heyif Səndən CƏMİL HƏSƏNLİ!!!

 

Və heyif Səndən GÜLTƏKİN HACIBƏYLİ!!!

 

Siyasət elmi-ladun bacarığıyla idarə olunmur, atam balası! Elmi-ladunu bir yana qoyun, bir təpərti göstərin, olmuşları yaddan çıxarmadan dilə gətirib olanları söyləyin - gələcyimiz naminə...

 

Bu konuda çox hörmətli SABİR RÜSTƏMXANLI Azərbaycanın gələcyi naminə hələ BU GÜNÜN MANİFESTİni söyləməsə də, ancaq zaman etibarilə cavablandırılması mümkün olan bir çox sualları cavabalandırıb. Buyurun növbə Sizindir.

İstərsiniz mənə danışın (və görüm danışa bilirsiniz), istəməzsiniz də öz TAXTA TRİBUNANIZdan bəyan edin. Görək kim kimdir?

 

Siz də günün Manifestini söyləyin!

 

Yox söyləməyəcəksinizsə, onda rəhmətlik Çingiz demişkən “QORXAQSIZ”, deməli...

 

SUSUN VƏ DİLİNİZİ DİLÇƏYİNİZƏ QOYUN - BU, MİLLƏTİN SƏSİDİR!!!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı