Kişi şahmat millimiz məğlubedilməz Ukraynaya qarşı

13:24 26-10-2019 | icon 398 | İdman
Kişi şahmat millimiz məğlubedilməz Ukraynaya qarşı

Gürcüstanın Batumi şəhərində keçirilən kişi və qadın komandalararası Avropa çempionatında yığmalarımız bu gün növbəti görüşlərinə çıxacaq.

 

Versus.Az Oxu.Az-a istinadən xəbər verir ki, dörd xalla II pillədə qərarlaşmış kişi millimiz bu gün Avropa çempionatının reytinqcə VIII komandası olan Ukrayna ilə qarşılaşacaq.

 

Hər iki komanda ilk iki turda qalib gəldiyindən, bu görüş maraqla gözlənilir. İlk iki görüşdə rəqibləri ilə birinci lövhədə heç-heçə etmiş Şəhriyar Məmmədyarov qara fiqurlarla Vasili İvançukla görüşəcək. 

 

İki xalla XV sırada olan qadın millimiz isə reytinqdə XXVI pillədə olan Avstriya ilə qarşılaşacaq.

 

Qeyd edək ki, kişi millimiz əvvəl Serbiya və Fransanı məğlub edib. Qadın millimiz isə ilk turda Latviyaya qalib gəlsə də, dünən İspaniyaya uduzub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu