“Gürcüstan işğalçı və işğala məruz qalanla dost olmaq istəyir”

13:52 26-10-2019 | icon 223 | Geopolitika
“Gürcüstan işğalçı və işğala məruz qalanla dost olmaq istəyir”

Elxan Şahinoğlu: “Tbilisidə onu da bilməlidirlər ki, Azərbaycan daha torpaqla bağlı heç kimə güzəştə getməyəcək”

 

Ermənistan baş naziri Nikol Paşinyan gürcü həmkarı Qaxariya ilə görüşündə yenə reklama üstünlük verdi. İki ölkə arasındakı iqtisadi əlaqələrin yerində saymasına baxmayaraq, Paşinyan Gürcüstanla “strateji hədəflərə” çatacağına inandığını dedi. Gürcüstan eyni vaxtda işğala məruz qoyulan dövlət və işğalçı ilə necə dost ola biləcək?

 

Versus.Az xəbər verir ki, bunu Qafqaz Araşdımalrı Mərkəzinin rəhbəri  Elxan Şahinoğlu Gürcüstanın baş naziri  Qeroqi Qaxariyanın Azərbaycana səfərdən dərhal sonra Ermənistana səfərini şərh edərkən bildirib.  

 

“Gürcüstanın baş naziri Qeroqi Qaxariya oktyabrın 9-da Bakıda oldu və prezident İlham Əliyevlə görüşdü. Bundan bir neçə gün sonra, yəni oktyabrın 15-də Gürcüstanın baş naziri İrəvanda oldu.

Qaxaria birinci Azərbaycana gəldi. Bu o deməkdir ki, Gürcüstanı Azərbaycanı əsas strateji tərəfdaşı hesab edir. İlham Əliyev də Qaxaria ilə görüşdə buna diqqət çəkdi: “Siz baş nazir kimi ilk xarici səfərinizi Azərbaycana etdiniz. Bu, bizi olduqca məmnun edir. Bu, bir daha onu göstərir ki, Azərbaycan Gürcüstan üçün çox önəmli və ən yaxın tərəfdaşlardan biridir. Bizim üçün də Gürcüstan ən yaxın tərəfdaşdır və ən yaxın ölkələrdən biridir”.

 

E.Şahinoğlu bildirib ki, Azərbaycan və Gürcüstan qarşılıqlı olaraq beynəlxalq təşkilatlarda bir-birilərinin ərazi bütövlüklərini dəstəkləyir və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirlər. Politoloq Qaxariyanın İlham Əliyevə dediyi sözlərin xüsusilə diqqət çəkdiyini qeyd edib.

“Azərbaycana ilk səfəri ona görə etdim ki, düşmənə və dosta sübut edək, Azərbaycan və Gürcüstan arasında heç bir həll olunmayan məsələ yoxdur və ola bilməz”.

 

Politoloq Gürcüstan baş nazirinin “düşmən” dediyi ölkənin məlum olduğunu vurğulayıb. O, eyni zamanda  Gürcüstan baş nazirinin “həll olunmayan məsələ yoxdur” fikrini də şərh edərək, məsələlərin açıq olduğunu önə çəkib.

 

“Eyni sözləri keçən həftə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili jurnalistlərə açıqlamasında dedi. O bildirdi:, “Mən inanıram ki, Azərbaycanla Gürcüstan arasında həll edilməsi mümkün olmayan məsələ yoxdur”.

“Azərbaycan Sərhəd Qoşunları Xidməti Gürcüstan sərhhəddi gücləndirir. Sərhəddəki Keçikçidağın ətrafında yeni kazarmalar quruldu. Mümkündür ki, bu Gürcüstandakı müəyyən millətçi dairələri narahat etdi. Rəsmi Bakı sərhəd məsələsinin danışıqlar yolu ilə həllinə tərəfdardır. Tbilisi də bunu istəyir. Ketevan Tsixelaşvili də Keşikçidağ məsələsinin iki ölkə arasında müzakirələr və dialoq yolu ilə, yaxşı qonşuluq əlaqələri çərçivəsində həllini tapacağına ümid etdiyini bildirib.

Buna baxmayaraq, Tbilisi məsələnin mürəkkəb olduğunu da bildirir. Komissiya işləyir. Yekun qərar yoxdur. Ancaq danışıqlar intensivləşib. Tbilisi və Bakı hazırkı formatın çox effektiv və məhsuldar olduğu qənaətindədir. Ancaq Tbilisidə onu da bilməlidirlər ki, Azərbaycan daha torpaqla bağlı heç kimə güzəştə getməyəcək. Daha bəsdir”. /“Üç Nöqtə”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İşğal altındakı ərazilər şüur altında sağalmayan ağrı kimi  qalır” - MÜSAHİBƏ

Mədəniyyət Komitəsinin sədri Xalq artisti ilə görüşüb

Bu dərman ölüm riskini artırır

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi kimlərdi?

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

"Spartak" azərbaycanlı futbolçunu qovdu

Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO

Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirilib

Naxçıvan istiqamətində GƏRGİNLİK

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib