“Diktator düşüncəli müxalifətin ittihamları gülüncdür” - MÜSAHİBƏ

17:10 12-04-2018 | icon 249 | Siyasət
“Diktator düşüncəli müxalifətin ittihamları gülüncdür” - MÜSAHİBƏ

 

Razi Nurullayev: “Xalq onları boykot etməklə öz sözünü deyib”

 

Azərbaycan Prezidentliyinə keçmiş namizəd Razi Nurullayevin Versus.Az-a müsahibəsi

 

- "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülən seçkidə səslərin 0,74% faizini toplayan prezidentliyə  iddialı Razi Nurullayev məlum nəticə ilə hansı təcrübəni qazanmış oldu və bununla bağlı nə düşünür?

 

- “Ext-pol” nəticələri elan olunandan sonra mənim üçün nəticələrin nə olub-olmaması əhəmiyyətini itirdi. Bu gün Azərbaycanın siyasi reallığı üçün kimin 2-ci, kimin sonuncu yer tutması önəm daşımır və bu, mənim üçün də heç bir önəm daşımır. Mən indi durub dava etməliyəm ki, ikinci yeri istəyirəm? Xeyir, mən bu yerdən əsla narazı deyiləm. Mən seçkidə birinci yer üçün mübarizə aparırdım. Göstərilən nəticələrə hər hansı narazılıq ortaya qoya bilmərəm. Mən “ext-pol”-un nəticələrindən sonra seçilən İlham Əliyevi təbrik etdim və orada da arzu və istəklərimi bildirdim.

 

“Onlar sadəcə özlərini boykot etdilər”

 

Mən mədəni, kübar bir siyasətin oturuşması üçün çalışırdım. Ümid edirəm ki, buna nail ola bildim. Azərbaycanda Avropa tipli siyasi mədəniyyətin oturuşmasına ehtiyac var. Bunun üçün çalışdım və istəyimə nail olmaq üçün bundan sonra da səylərimi artıracam.

 

Bilirsiz, mən düşünmürəm ki, aşağı səs almağım məni məyus etməlidir. Əksinə, mən buna sevinirəm. Mən seçkiyə bilərəkdən getdim və nə istədiyimi bilirdim. Mən seçkidən istədiyimi də aldım. Çünki biz seçkinin boykot olunmasını istəmirdik və xalq seçkini boykot etmədi. Seçkini boykota çağıranların xalqın başını qarışdırması, müxalifət düşüncəli insanların fikrini dağıtması seçkilərin nəticələrinə təsir etdi. Onlar da seçkiyə gəlib birmənalı olaraq müxalifəti boykot etdi. Mənə qarşı hansı çıxışların olmasına baxmayarq, mən xalqın ürəyində rəğbət qazanan proqramlarla, fərqliliyimlə yadda qalmışdım və yadda qalacam. Sadəcə olaraq xalq seçkiyə gəldi və dedi ki, biz müxlifətə yox deyirik. Bu gün seçkini boykot edənlər sevinməsinlər ki, seçkini boykot edib nəsə qazandılar. Xeyir, onlar sadəcə özlərini boykot etdilər.

 

- Razi bəy, rəqibləriniz olan AXCP tərəfindən sizə qarşı əks çıxışlar oldu və son nəticədən sonra yəqin ki, belə çıxışlar davam edəcək. Buna özünüzü hazırlamısınızmı?

 

- Mənim onlara heç bir sözüm yoxdur. Xalq onları boykot etməklə öz sözünü deyib. İkincisi, bu gün Azərbaycan siyasətində ən çox təhqir olunan, aşağılamalara məruz qoyulan  birinci şəxs İlham Əliyev, ikincisi isə Razi Nurullayev idi. Bu o deməkdir ki, mənim proqramlarım, fərqliliyim seçkidə iştirakım, siyasi yanaşmalarım insanları düşünməyə vadar edib. Bir çoxları çaşqınlıq içində qalıb ki, Razi Nurullayev bu gündəmi yarada bildi. Onlar bilirlər ki, bu gündəmdən məni silə bilməzlər. O baxımdan müzakirə olunuram, təhqir olunuram. Dünya miqyasında götürsək, ən çox təhqirlərə məruz qalan prezident Donald Trampdır. Ona görə də məni belə şeylər narahat eləmir.  Bir gün onların nifrəti məhəbbətə çevriləcək.

 

“Belə çıxır ki, özləri də hakimiyyətin oyuncağı idilər?”

 

- Bəzi müxaliflər seçkiyə qatılan müxalifəti müxalifət hesab etmir və hesab edirlər onlar bu seçki oyununa hakimiyyətdəki qüvvələrin istəyi ilə gediblər. Bu yanaşmalara fikriniz nə olacaq?

 

- Bunlar tam mənasız, məntiqsiz, absurd yanaşmalardır. Aşığın sözü qurtaranda həmişə “dalay-dalay” deyir. Bu da ona bənzəyir. Onlar özləri də həmişə seçkidə iştirak etmişdilər. Onda belə çıxır ki, özləri də hakimiyyətin oyuncağı idilər? Əslində belə fikir səsləndirənlərin bir çoxu özlərini biabır ediblər. Bu gün vaxtilə canlarını riskə ataraq Cəmil Həsənli uğrunda imza toplayan, onu lider yetişdirmək üçün köməklik edən gəncləri aşağıladı. Əli Kərimli ona bu gün dost olan, sabah isə onun bir yanaşmasına azacıq da olsa tənqidi münasibət göstərənləri özünə düşmən hesb edir. Bu cür diktator düşüncəsi olanların kimisə ittiham etməsi gülüncdür.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

“Müxalifət şou göstərisindədir hələ ki” - MÜSAHİBƏ

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Professor Qara Mustafayevlə vida mərasimi keçirilib

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Hamıya silah paylanacaq"

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Bu avtobuslarda pulsuz "Wi-Fi" olacaq

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ