Cahangir Hacıyevin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb


Bakı Apelyasiya Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Versus.Az xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apelyasiya şikayətinin dəlillləri araşdırılıb.
Məhkəmə baxışı noyabrın 4-ə təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən İsmayıl Hidayət-zadəyə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Digər təqsirləndirilən şəxslər - Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilİB.
Aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Ötən ay Nizami Rayon Məhkəməsi İ.Hidayətzadənin cəzasının qalan hissəsinin şərti hesab edilərək azadlığa buraxılması barədə qərar verib. /APA/
Versus.Az

Xəbər lenti

Xərçəng, diabet, demensiyanın səbəbkarı bu bakteriya imiş – Ağızdan bədənə keçir
Bu bakteriya Alsgeymer xəstələrinin beyin toxumasında aşkarlanıb
Zavodları bağlamaq kifayətdir ki, astma, bronxit xəstəlikləri azalsın
Körpələrin baş ətrafını mütləq ölçdürün
İnsulta aparan TƏHLÜKƏ
Nə üçün ayaqlarımız şişir?
Pilotlar eniş zamanı təyyarədə iki dəfə şassini açmağı unutdular
Oğurlanmış smartfon oğrunun görüntüsünü sahibinə yolladı - VİDEO
Qızın yumruq zərbəsindən sonra oğlanın daxili orqanlarının yeri dəyişdi
Qısqanc qadın maşının yük yerində gizlənərək ərini izlədi - FOTO
2019-cu ildə “Google”da ən çox axtarılanlar onlar oldu - FOTO
Tarantino “Billi öldürmək” filminin üçüncü hissəsini çəkmək niyyətindədir
Təcavüz etdiyi qadınlara 25 milyon dollar verəcək
Dodaqlarını böyütmək istəyən aktrisa iynəni görəndən sonra kosmetoloqun kabinetindən qaçıb
“Qızıl qlobus” namizədlərin adı açıqlandı
AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib
İrəli
