"Azadlıq Fədaisi" mükafatının növbəti qalibi kim olacaq?

13:05 28-10-2019 | icon 466 | Siyasət
"Azadlıq Fədaisi" mükafatının növbəti qalibi kim olacaq?

ALDP dördüncü qalibi müəyyən etmək üçün partiya üzvləri arasında sorğu keçirəcək

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

 

Versus.Az-ın məlumatına görə, iclasda ictimai-siyasi vəziyyət, ALDP tərəfindən təsis olunan “Azadlıq fədaisi” mükafatının növbəti qalibinin müəyyən edilməsi və bəzi təşkilati məsələlər müzakirə olunub.

 

“Azadlıq fədaisi” mükafatının partiya tərəfindən 2016-cı ildə təsis edildiyini qeyd edən ALDP sədri, dördüncü dəfə qalibi müəyyən etmək üçün partiyanın üzvləri arasında sorğuya başlanmasını təklif edib.

 

“Bir ay ərzində keçiriləcək sorğunun nəticələri dekabrın əvvəlində - Beynəlxalq insan hüquqları günü elan olunacaq və qalib müəyyənləşəcək” – deyə, Fuad Əliyev vurğulayıb.

 

Xatırladaq ki, insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə ictimai-siyasi xadimlərə, hüquq müdafiəçilərinə “Azadlıq fədaisi” mükafatı 06 dekabr 2016-cı ildə təsis edilib.

 

2016-cı ildə REAL sədri İlqar Məmmədov, 2017-ci ildə eks-spiker Rəsul Quliyev, 2018-ci ildə isə AXCP sədr müavini Gözəl Bayramlı “Azadlıq fədaisi” mükafatına layiq görülüblər.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”