MSK-ya müraciət edən partiyaların adları açıqlanıb
Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən siyasi partiyaların adları açıqlanıb.
Versus.Az xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirilib.
Qeyd edilib ki, bu günə qədər bələdiyyə seçkilərində iştirakla bağlı MSK-ya 3 siyasi partiya müraciət edib.
Bunlar Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası və Böyük Quruluş Partiyasıdır.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək.
Xatırladaq ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"