Azərbaycanda “Fantazia” mədəni irs festivalı keçiriləcək

18:39 28-10-2019 | icon 331 | Mədəniyyət
Azərbaycanda “Fantazia” mədəni irs festivalı keçiriləcək

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə “Fantazia” mədəni irs festivalı keçiriləcək.

 

Versus.Az xəbər verir ki, festivalla bağlı keçirilmiş mətbuat konfransında Fransanın Azərbaycandakı səfiri Zakari Qros bildirib ki, bu cür festivallar ölkələrin mədəni irsinin qorunması üçün əhəmiyyətlidir.

 

Səfir deyib ki, Avropa hər zaman mədəni irslərin və müxtəlifliklərin qorunmasına dəstək verib və bu, Avropaya xas xarakterdir. Diplomat əlavə edib ki, bu festivalda Fransadan 3 rəssam iştirak edəcək.

 

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, builki festival öz unikal xüsusiyyətləri ilə fərqlənəcək və festival çərçivəsində keçiriləcək tədbirlər Bakı ilə yanaşı, regionları da əhatə edəcək.

 

Daha sonra Belçika, Niderland və Moldovanın Azərbaycandakı səfirləri çıxış ediblər.

 

Mətbuat konfransında bildirilib ki, festival noyabrın 1-dən 15-dək Bakı, Gəncə və Qəbələdə keçiriləcək. Festivalın məqsədi mədəni irsin qorunmasının vacibliyini təbliğ etməkdir. "Fantazia" mədəni irs festivalı artıq 2-ci dəfədir Azərbaycanda keçirilir.

 

Festival çərçivəsində sərgilər, teatr tamaşaları, konsertlər, filmlər nümayiş olunacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı