"Məğlub tərəf seçkilərlə bağlı narazılıq edir"

18:42 28-10-2019 | icon 384 | Siyasət
"Məğlub tərəf seçkilərlə bağlı narazılıq edir"

"Adətən bələdiyyə seçkilərində iştirak edənlərin sayı çox olur". 

 

Versus.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

 

MSK sədri qeyd edib ki, məğlub tərəf seçkilərlə bağlı narazılıq edir:

”Təbii haldır ki, seçilməyən namizəd mütləq şəkildə narazılıq bildirəcək. Sivil ölkələrdə seçilməyən tərəf seçilən tərəfi təbrik edir, ona fəaliyyətində uğurlar arzulayır. Hesab edirəm ki, belə də olmalıdır. Biz Mərkəzi Seçki Komissiyası olaraq namizədlərin seçkilərdə iştirak üçün lazımi şərait yaradırıq, namizədlərin qeydə alınması üçün sənədlərin hazırlanmasında müvafiq tövsiyələr veririk”.

 

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. 

 

Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI