Uşaq əməyinin istismarının qarşısının alınması gündəmdə

18:56 28-10-2019 | icon 317 | Cəmiyyət
Uşaq əməyinin istismarının qarşısının alınması gündəmdə

15 yaşına çatmamış şəxslər əmək müqaviləsinin tərəfi ola bilməz. Belə müqavilələrin elektron sistemdə qeydiyyatı və rəsmiləşdirilməsi də qeyri-mümkündür. Yəni, e-sistem belə müqavilələri avtomatik müəyyən edir və onlarla bağlı bildirişləri heç bir halda qeydiyyat üçün qəbul etmir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Versus.Az-a verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhərinin Yasamal rayonunda “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda keçirdiyi maarifləndirici tədbirdə vurğulanıb.

 

Qeyd edilib ki, ölkəmizin əmək qanunvericiliyində yaşı 18-dən aşağı olan işçilərə bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulub. Bu təminatlar həmin şəxslərin əmək vərdişləri, əmək stajının az olması, fizioloji vəziyyəti ilə bağlı amillərin olması ilə əlaqədardır. 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birindən və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır.

 

Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları barədə iştirakçılara geniş məlumatlar verilib, tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb. Əmək münasibətlərinin qeyri-leqal şəkildə həyata keçirilməsinin işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olduğu da iştirakçıların diqqətinə çatdırılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi