Yunanıstanlı təhsil işçiləri ADU-da olublar

20:32 28-10-2019 | icon 383 | Təhsil
Yunanıstanlı təhsil işçiləri ADU-da olublar

Yunanıstanın təhsil işçilərindən ibarət nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) tələbələrlə görüşüb.

 

Universitetdən Versus.Az-a verilən məlumata görə, ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla qonaqları universitetdə və ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

 

O, Yunanıstanın Azərbaycan üçün xüsusi əhəmiyyətə malik olan ölkələrdən olduğunu deyib. Yunan dilinin tədrisində həmkarlarının böyük rolu olduğunu deyən rektor əməyi keçən şəxslərə təşəkkürünü bildirib. Kamal Abdulla Azərbaycanın dünya dəyərlərinə, mədəniyyətinə açıq ölkə olduğunu deyərək, Yunanıstanla birgə əməkdaşlıq nəticəsində mədəniyyətə, elmə, təhsilə yeni töhfələr verməyin mümkünlüyündən danışıb. Akademik, həmçinin özünün Afina səfərindən xatirələrini iştirakçılarla bölüşüb.

 

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova universitetin Yunanıstan universitetləri ilə qurduğu əlaqələrdən söz açıb. O, tədbirin təşkilini yüksək qiymətləndirərək təhsil, elm, mədəniyyət üzərindən qurulan körpülərin heç zaman yox olmadığını diqqətə çatdırıb.


“Arqo” Yunan Cəmiyyətinin sədri Səidə Mehdiyeva görüşün məqsədi və əhəmiyyəti haqqında danışıb. O, həmçinin yunan dilinin tədrisi ilə bağlı görülən işlərdən söz açıb.

 

Yunan dili müəllimi Mariya Delaki Azərbaycan-Yunanıstan arasındakı bənzərliklər, Yunanıstan Təhsil Nazirliyinin təhsil məsləhətçiləri Yuli Xronopulu Ritorika, Efstathia Xristopulu Yunanıstanın milli bayramlarından biri olan “Oxi” (yunancadan tərcüməsi “Yox” deməkdir) günü haqqında təqdimatlarla çıxış ediblər.


Daha sonra ADU-nun tələbələri Azərbaycan və yunan dillərində “Evlərinin önü yonca” mahnısını ifa ediblər, hər iki dildə milli mahnılar söyləyib və rəqslər nümayiş etdiriblər.

 

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür