"Xalq ölkənin parlaq gələcəyinə səs vermiş oldu"

11:07 13-04-2018 | icon 634 | Gündəm
"Xalq ölkənin parlaq gələcəyinə səs vermiş oldu"

"Bu uğuru həzm edə bilməyən bəzi dairələr seçkini ləkələməyə cəhd edirlər"

 

"Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının əsas tərkib hissəsi olan vətəndaşların seçki hüququ ən yüksək səviyyədə təmin olunub. Ölkəmizdə keçirilən bütün seçki proseslərində biz bunu müşahidə edirik. Bütün texniki imkanlar ən yüksək səviyyədə təmin edilir və insanlar sərbəst, azad şəkildə səs verirlər".

 

Bunu açıqlamasında "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. O, qeyd edib ki, bu mənada aprelin 11-də keçirilən prezident seçkiləri ölkəmizin demokratik inkişaf yolunda növbəti uğurudur:

 

"Ölkə əhalisinin 74,30 faizinin iştirak etdiyi səsvermədə seçicilərin 86,03 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə ölkə Prezidenti seçildi. Bununla da xalq ölkənin parlaq gələcəyinə səs vermiş oldu. Lakin bu uğuru həzm edə bilməyən bəzi dairələr qərəzli yanaşmaları ilə demokratik şəraitdə baş tutan seçkini ləkələməyə cəhd edirlər."

 

V.Rəhimzadə onu da vurğulayıb ki, ATƏT və AŞPA müşahidəçilərinin seçki ilə bağlı qərəzli hesabatları ölkəmizin uğurlarını gözü götürməyən bəzi dairələrin sifarişi əsasında hazırlanıb:

 

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının ölkəmizdə keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı hazırladıqları hesabatlar ədalətsiz və qeyri-obyektivdir. Bu, onların ucuz və köhnə taktikasıdır. Bu cür təşkilatlar insan hüquq və azadlıqlarından bir vasitə kimi istifadə edərək müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq edir və öz qaranlıq maraqlarını həyata keçirməyə çalışırlar. Ölkəmiz müstəqillik tarixində zaman-zaman bu cür qərəzli münasibətlərlə rastlaşıb, ancaq demokratiya və müstəqillik yolundan dönməyib. Hesab edirəm ki, bu cür hesabatlar ölkəmizin daxili və xarici siyasi kursuna, eyni zamanda dünyada artan nüfuzuna hansısa formada təsir edə bilməz."

 

Baş redaktoru qeyd edib ki, ATƏT və AŞPA-nın nümayəndələri ilə yanaşı, seçkiləri izləmək üçün ölkəmizə bir çox xarici dövlətlərin, həmçinin beynəlxalq təşkilatların müşahidəçiləri gəlmişdilər və onlar ölkə üzrə bir çox seçki məntəqələrində oldular, səsvermə prosesini canlı olaraq izlədilər:

 

"Bundan sonra sözügedən müşahidəçilərin hesabatlarında, eyni zamanda nüfuzlu xarici KİV-də səsvermənin demokratik, şəffaf şəkildə keçirilməsi ilə bağlı kifayət qədər müsbət, obyektiv fikirlər səsləndirildi. Təəssüf ki, ATƏT və AŞPA müşahidəçiləri yenə də bu uğurlara qara eynəkdən baxdı, seçkilərin nəticələri ilə bağlı qərəzli fikirlər səsləndirdilər. Mən deyərdim ki, bu hesabatlar seçkidən əvvəl hazırlanıb və qeyri-obyektivlikdən başqa bir şeyi əks etdirmir."

 

V.Rəhimzadə vurğulayıb ki, ATƏT və AŞPA müşahidəçiləri Ermənistanda və digər ölkələrdə seçki pozuntularına göz yumur, heç bir münasibət bildirmir, Azərbaycana gəldikdə isə ədalətsizlik nümayiş etdirirlər:

 

"Onlar başa düşməlidirlər ki, Azərbaycan xalqı öz seçimini edib. Onlar isə bu seçimə qarşı çıxmağa çalışırlar. Bu isə qəbuledilməz və yolverilməzdir."

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI