"Azərbaycanda dini etiqad azadlığı yüksək səviyyədə təmin olunur"

12:34 29-10-2019 | icon 325 | Cəmiyyət
"Azərbaycanda dini etiqad azadlığı yüksək səviyyədə təmin olunur"

"Azərbaycanda bütün dinlərə, konfessiyalara bərabər münasibət göstərilir və dini etiqad azadlığı yüksək səviyyədə təmin olunur".

 

Versus.Az xəbər verir ki, bunu "Müasir Azərbaycanda multikulturalizm harmoniyası və tolerantlıq nümunəsi" mövzusuna həsr olunan konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanda tarixən formalaşan dini tolerantlıq mühiti bu gün yeni mərhələyə qədəm qoyur:

"Dünyada cərəyan edən ictimai-siyasi proseslərə nəzər saldıqda görürük ki, bu gərginliyin əsasını dini və etnik zəmində baş verən münaqişələr tutur. Belə mühitdə tolerantlığın, multikulturalizmin, birgə yaşayışın əhəmiyyəti olduqca vacibdir. Azərbaycanda əsası ulu öndər tərəfindən qoyulan bu strategiya dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Azərbaycanda sınaqdan keçən, dinlərarası, mədəniyyətlərarası əməkdaşlığa töhfə verən model zamanın tələbidir və bunun alternativi yoxdur. Artıq Azərbaycanda və dünyada keçirən tədbirlərdə ölkəmizin bu təcrübəsinin dünyada təbliğ olunması çağırışları edilir. Noyabrda Azərbaycanda dünya dini liderlərinin sammiti keçiriləcək. Həmin konfransda yeni çağırışlar, təşəbbüslər irəli sürüləcək".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı