Əfqanıstanla gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

10:40 30-10-2019 | icon 409 | İqtisadiyyat
Əfqanıstanla gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanay ilə görüş olub.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Əfqanıstan dövlət başçılarının qarşılıqlı diqqət və siyasi iradəsinin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı uğurlu islahatlar proqramı, əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan islahatlar barədə məlumat verən nazir sosial sahədə əldə edilmiş innovativ yenilikləri qeyd edib. S.Babayev dövlət sosial xidmətlərinin DOST layihəsi əsasında, “bir pəncərə” prinsipi ilə təqdim edilməsi sahəsində Azərbaycanın təcrübəsini diqqətə çatdırıb. O, nazirliyin bu sahədə Əfqanıstanla təcrübə mübadiləsinə hazır olduğunu deyib.

 

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yaradılacaq Əmək Mərkəzindən bəhs edən nazir həmin Mərkəzin İƏT üzvü olan ölkələr, o cümlədən Azərbaycan və Əfqanıstan əlaqələrinin genişlənməsində də öz töhfəsini verəcəyini bildirib.

 

X.Spelanay ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığının getdikcə inkişaf etməsindən məmnunluğunu ifadə edib, ikitərəfli əməkdaşlığın genişlənməsi üçün onun tərəfindən səylərin göstəriləcəyini deyib.

 

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığın və qarşılıqlı dəstək nümayişinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu bildirilib, bu sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”