Borcu çox olan insan təhlükəli xəstəlik ərəfəsindədir

11:01 30-10-2019 | icon 354 | Maraqlı
Borcu çox olan insan təhlükəli xəstəlik ərəfəsindədir

İnsanın öz maliyyə məsələlərinə nəzarətini itirməsi, qazanmaq qabiliyyətinin aşağı düşməsi, borca girməsi və borclarını verə bilməməsi onun ciddi xəstəliklər ərəfəsində olduğundan xəbər verə bilər.

 
 
Versus.Az xəbər verir ki, alimlər borclanmaqla xəstəlik və çətin diaqnozlar arasında bağlılıq olması barədə qəribə araşdırma aparıb, maraqlı nəticəyə gəliblər.
 
 
ABŞ universitetinin alimləri 1992-2014-cü illərdə 33 min amerikalının maliyyə durumunu analiz edib. 9000 ailənin borcu, gəliri, xərci araşdırılıb. 
 
 
Bu ailələrdən 3000-nin üzvündən birində 22 il boyunca demensiya və Alsgeymer xəstəliyi diaqnoz olunub. 
Analizlər göstərib ki, bu ailələrdə xəstəlik diaqnoz olunmamışdan az öncə gəlirlərinin, bank hesablarındakı vəsaitin getdikcə azalması, ümumi maddi vəziyyətin pisləşməsi baş verib.
 
 
Səbəbi izah edən elmi işçi Kerol Roan deyib ki, artıq əmək qabiliyyəti, işə həvəsi azalan kişi və ya qadın Alsgeymerin başlanğıc mərhələsində gəlirlər barədə düşünmür, pullarla davranışında səhvlərə yol verir. İnsanlar hesabları vaxtında ödəməyi, kredit gününü unudur, lazım olmayan şeyləri alır, asanlıqla pul itirir, borc verir, dələduzların qurbanı olur və s. Bir sözlə, bu insanlar qazanmaqdan başqa hər şey edir.
 
 
Bütün bu siqnallar həyəcan işarəsidir və ailə üzvləri bunu diqqətə alıb, həmin adamın beyin və psixoloji müayinələrə vaxtında cəlb olunmasına çalışmalıdır. 
Eləcə də diaqnoz qoyulduqdan sonrada bu ailələr yoxsullaşmağa doğru gedir, çünki xəstəlik bahalıdır və xəstəyə qulluq maddi xərc tələb edir. /Medicina.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol