“Uşaq pulu versinlər, gör əhalinin sayı necə artır”

19:05 14-06-2023 | icon 792 | Siyasət
“Uşaq pulu versinlər, gör əhalinin sayı necə artır”
 

Hafiz Hacıyev: “Bəzi deputatların uşaq pulu ilə bağlı çıxışları ürəkaçan deyil”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı keçirilən görüşlərdə istər Azərbaycan-Türkiyə qardaşlığı, istərsə də regionla bağlı bir çox məsələlər ətraında fikirlərini bölüşüb. O, görüşlərin birində Azərbaycanda əhalinin artımı ilə də bağlı açıqlama verib. Türkiyə Prezidenti Azərbaycanda hər ailədə 5 uşaq olması arzusunu dilə gətirib. "Mən Türkiyədə əhalinin artımı üçün bir ailədə 3 uşaq deyirəm. Azərbaycanda əhalinin artımı üçün isə hər ailədə 5 uşaq deyirəm. Bunu başardıqda, Azərbaycan daha güclü olacaq. Əhali ölkənin gələcəklə bağlı paradiqmasını dəyişdirir”- deyə, Ədoğan qeyd edib.

 

Türkiyə prezidentinin bu fikirlərinə münsibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev qiymətləndirib. Onun sözlərinə görə, əhalinin sayının artması üçün uşaq pulu vacib amildir:

 

"Rəcəb Tayyib Ərdoğanın açıqlaması türk dövlətləri, müsəlman ölkələri üçün önəmlidir. Bəli, əhalinin sayı nə qədər çox olsa, yaxşı olar. Amma Azərbaycanda uşaq pulu problemi var, öncə bu problem aradan götürülməlidir”.

 

Bəzi deputatların parlamentdə uşaq pulu ilə bağlı əks çıxışlar etdiyini vurğulayan MMP sədri Türkiyə prezidentinin bu yöndə tövsiyyələrinin Azərbacan prezidenti tərəfindən nəzərə alınacağına əminliyini ifadə etdi:

 

“Xalqımız da bu fikri yüksək qiymətləndirəcək. Azərbaycanda əhalinin syının artmasının özü də inkişafa səbəb olacaq. Dünyada əhalinin sayında azalma gedir. Bizim kimi dövlətlərdə də bu məsələ aşağı səviyyədədir. Bu da kasıbçılıqdan irəli gəlir. Uşaq pulu versinlər, gör əhalinin sayı necə artır”.

 

Hətta bir-iki uşağı çətinliklə saxlayan ailələrin olduğunu deyən partiya sədri qeyd etdi ki, belə ailələr çətinlik içərisindədilər. Onun sözlərinə görə, imkanlı ailələr də var ki, iki uşaqla kifayətlənir:

 

"Bir ailədə uşaqların normal, sağlam böyüməsi üçün valideynlərə uşaq pulu verilməlidir. Sabah onlar əsgər, alim, jurnalist, mühəndis olacaqlar. Say tərkibini, xalqın yaxşı yaşamasını hər kəs düşünməlidir”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin