Azərbaycan bu gün güləş üzrə dünya çempionatında daha iki medal qazana bilər

11:54 30-10-2019 | icon 328 | İdman
Azərbaycan bu gün güləş üzrə dünya çempionatında daha iki medal qazana bilər

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında bu gün millimiz daha iki medal qazana bilər.

 

Versus.Az Oxu.Az-a istinadən xəbər verir ki, sərbəst güləşçilərimizdən Əsgər Məmmədəliyev (-61 kq) və Murad Süleymanov (-74 kq) müvafiq olaraq ukraynalı və gürcüstanlı rəqiblərinə uduzaraq mübarizəni dayandırıb.

 

Bununla belə, dağıstanlı legionerlərimiz medal qazanmaq şanslarını saxlayıblar. Almaniyalı, moldovalı, yaponiyalı rəqiblərinə qalib gələn Hacımurad Məhəmmədsəidov (-86 kq) Azərbaycana ikinci qızıl medalı qazandıra bilər. Onun finaldakı rəqibi iranlı Kamran Qurban Qasımpur olacaq.

 

Daha təcrübəli olan Şamil Zubairov Bolqarıstan və İsveçrədən olan rəqiblərinə qalib gəlsə də, ABŞ-ı təmsil edən idmançıya yarımfinalda uduzub. O, bürünc medal uğrunda görüşə çıxacaq. Bu yerdə onun rəqibi iranlı Hüseyn Lütfəli Şahbaziqazvar və ya yaponiyalı Takumi Tanizaki olacaq. Hər iki görüş bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

Qeyd edək ki, dünən Azərbaycan güləşçiləri bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin