“Erməniçilik müasir dövrün böyük problemi kimi”

13:36 13-04-2018 | icon 891 | Ədəbiyyat
“Erməniçilik müasir dövrün böyük problemi kimi”

Professor Aygün Attarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabının təqdimat mərasimi keçirilib.

 

Versus.az xəbər verir ki, təqdimat mərasimində millət vəkilləri, ziyalılar, tarixçilər iştirak edib.

Millət vəkili, professor Musa Qasımlı Aygün Attarın pedaqoq və ziyalı kimi Türkiyədəki fəaliyyəti haqqında geniş məlumat verib. O bildirib ki, müəllif Türkiyədə Azərbaycan həqiqətlərinin, ölkəmizin tarixinin təbliği üçün böyük işlər aparıb:

 

“Təqdim olunan “Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabı sanballı tarixi əsərdir. Bu kitab Aygün Attarın üç cəhətini özündə birləşdirir: siyasi mövqe, təhsil təşkilatçısı və arxivçi-tarixçi. Kitab zəngin arxiv materialları əsasında yazılıb. Əsərdə 1917-ci ildə çar Rusiyasında baş vermiş bolşevik inqilabının Qafqaza, o cümlədən Azərbaycanın ictimai-siyasi həyatına təsiri, bolşeviklərin ermənilərdən Azərbaycana qarşı istifadə etmələri, saxta “erməni məsələsi”nin siyasi mahiyyəti, ermənilərin Azərbaycan torpaqlarına məqsədli şəkildə köçürülməsinin bütövlükdə Qafqaz bölgəsi üçün yaratdığı fəsadlar, XX əsrin əvvəllərində Anadolu bölgəsində erməni silahlı dəstələrinin insanlığa qarşı törətdiyi ağır cinayətlər, hazırda ölkəmizdə qarşı davam etdirilən işğalçılıq siyasəti və digər məsələlərdən bəhs edir”. 

 

Professor Elçin Əhmədov əsərin erməni təxribatları və işğalçılıq siyasətinin sistemli təhlili haqqında olduğunu deyib:

“Bu kitab mart soyqırımı ərəfəsində Türkiyədə çap olunub və sevindirici haldır ki, tirajı bitib. Kitabın təkrar çapı üçün hazırlıq işləri görülür. Əsərdə ermənilərin həyata keçirdiyi qəddarlıqlar elmi mənbələrlə göstərilir. Bu dəyərli nəşrin ən mühüm keyfiyyəti odur ki, xarici mənbələrdən istifadə edilib. Arxiv materialları əsasında ermənilərin iç üzü, işğalçılıq və düşmənçilik siyasəti sübut edilib. Eyni zamanda, Xocalı soyqırımı, 20 Yanvar hadisələrinə gətirən səbəblər araşdırılır. Kitab Azərbaycan həqiqətlərinin istər Türkiyə ictimaiyyətinə, istərsə də dünya ictimaiyyətinə çatdırılması üçün mühüm əhəmiyyət kəsb edir”.

 

Professorlar Rəna Mirzəzadə və Qasım Hacıyev, millət vəkilləri Aqil Abbas, Adil Əliyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və başqaları kitabı gərəkli sənədlər toplusu kimi xarakterizə ediblər.

 

Çıxış edənlər əlavə ediblər ki, ümumilikdə “Erməniçilik müasir dövrün böyük problemi kimi” əsəri elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün dəyərli siyasi-tarixi kitabdır və müxtəlif dillərə tərcümə edilərək yayılması vacibdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”