ALDP: Primakovun 90 illiyinin qeyd edilməsi Şəhidlərimizin ruhuna, xalqımıza təhqirdir

12:18 30-10-2019 | icon 543 | Siyasət
ALDP: Primakovun 90 illiyinin qeyd edilməsi Şəhidlərimizin ruhuna, xalqımıza təhqirdir

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) bəyanat yayıb.

 

Versus.Az-ın məlumatına görə Bəyanatda deyilir:

 

"Erməni faşistləri son iki əsr ərzində “Böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə Azərbaycan torpaqlarını işğal edib, xalqımıza qarşı  deportasiya və soyqırım həyata keçiriblər. Bu təcavüzkar siyasətin son nəticəsi olaraq Azərbaycanın qədim torpaqları olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon işğal olundu. Bu işğalın və həmçinin 20 Yanvar faciəsinin müəlliflərdən biri Yevgeniy Primakov olub. 20 Yanvar 1990-ci ildə Bakıya qoşunların yeridilməsi məhz Primakovun tələbi və rəhbərliyi altında keçirilib.

 

29 oktyabr 1993-cü ildə Vətənimizin gözəl məkanlardan biri olan Zəngilan işğal olub. Hakimiyyət  Şəhidlərimizi yad etmək əvəzinə, bu işğalın müəlliflərindən biri olan Primakovun yübiley tədbirləri keçirmək üçün imkan yaradır.

 

ALDP olaraq, dünən - 29 oktyabr tarixində, Bakıda Primakovun 90 illiyinin qeyd edilməsini Şəhidlərimizin ruhuna, xalqımıza təhqir kimi qiymətləndiririk.

 

ALDP bir daha hakimiyətdən bütün sülh danışıqlarına son qoyulmasını və işğal olan torpaqlarımızın erməni separatçılarından azad olunması üçün anti-terror əməliyyatlara başlanmasını tələb edir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin