Masallıda "İnformasiya təhlükəsizliyi" mövzusunda seminar keçirilib

13:03 30-10-2019 | icon 564 | KİV
Masallıda "İnformasiya təhlükəsizliyi" mövzusunda seminar keçirilib

Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı (JuHİ) ilə oktyabrın 28-də Masallı şəhərində "İnformasiya təhlükəsizliyi" mövzusunda seminar keçirilib.

 

Versus.Az-ın məlumatına görə, "Cənub xəbərləri" qəzetinin konfrans  zalında keçirilən seminara Cənub bölgəsində fəaliyyət göstərən yerli KİV-lərin nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin  bölgə üzrə təmsilçiləri, həmçinin, yerli QHT və internet fəalları qatılıblar.

 

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirilən "İnformasiya təhlükəsizliyi: nəzəri və hüquqi əsaslar" layihəsi çərçivəsində baş tutub.

 

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, seminarın  keçirilməsində məqsəd  jurnalistləri və internet üzərindən xəbər yayan informasiya istehsalçılarını  beynəlxalq səviyyəli  təhlükəsizlik təcrübələri ilə tanış etmək, onların bu sahədə  biliklərini artırmaq olub:

"Bu, Azərbaycan jurnalistləri və ümumilikdə xəbər istehsalçıları üçün son dərəcə vacibdir. Seminar iştirakçılarına  həm jurnalistlərin fərdi təhlükəsizliklərini təmin etmək mexanizmləri, həm də  xəbərin məzmun  təhlükəsizliyi barədə bilgilər verildi. Bunlar, jurnalistlərin fərqli mövzularda araşdırmalar apararkən və ya münaqişə zonasından reportaj hazırlayarkən daha etibarlı hərəkət etmələrinə kömək etmək üçün vacib bilgilər idi".

 

Müşfiq Ələsgərli qeyd edib ki, seminarda, həmçinin, yayılan informasiyaların məzmununa  görə yaranan hüquqi məsuliyyət və təhlükəsizlik məsələləri  barədə  bilgi verilmişdir:

"İnternet üzərindən informasiya yayan vətəndaşlarda və media qurumlarında yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib məsələləri  sırasındadır. Masallıda keçirdiyimiz tədbirdə sosial media istifadəçilərinin və ümumilikdə internet üzərindən informasiya yayan vətəndaşların diqqət yetirməli olduqları nüanslar barədə müzakirələr keçirdik". 

 

JuHİ üzvü, beynəlxalq TOT təlimlərində  iştirak etmiş  Nəzirə Nurullayeva təhlükəsizlik mövzusunda beynəlxalq təlimlərdə əldə etdiyi bilgiləri yerli seminar iştirakçıları ilə bölüşüb. İştirakçılara təhlükəsizlik məsələləri və tədqiqat hesabatı sahəsində ən yaxşı beynəlxalq təcrübələr barədə bilgi verilib.

 

Təlimlər zamanı praktik məşğələlər aparılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol