"Ədalətdən dəm vuran beynəlxalq təşkilatların "ədalət"ini gördük"

15:04 13-04-2018 | icon 855 | Gündəm
"Ədalətdən dəm vuran beynəlxalq təşkilatların "ədalət"ini gördük"

 

"Aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyevin qalib gəlməsi Avropanın bəzi siyasi dairələrinin və onların Azərbaycandakı əlaltılarının planlarını sözün əsl mənasında alt-üst edib. Bu mənada, ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının öz ənənələrinə sadiq qalaraq 11 aprel prezident seçkiləri ilə bağlı qərəzli hesabatı açıqlamaları tamamilə başadüşüləndir".

 

Versus.az-ın məlumatına görə, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov öz açıqlamasında bildirib. Partiya sədrinin sözlərinə görə, onların bu hesabatı ilk növbədə Azərbaycan seçicilərinə qarşı, o cümlədən İlham Əliyevin namizədliyini dəstəkləyən DADP-çilərə qarşı açıq hörmətsizlikdir:

 

"Həmin beynəlxalq təşkilatların müşahidə missiyalarının üzvləri mart ayının 16-dan etibarən Azərbaycanda prezident seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün yüksək səviyyədə hazırlıq işlərinin həyata keçirildiyinin əyani şahidi olublar. Həmin müşahidə missiyalarının üzvləri seçki öncəsi hətta ayrı-ayrı siyasi partiyaların qərargahlarında görüşlər də keçiriblər, namizədlərin təbliğatı ilə əlaqədar görüşlərdə, mitinqlərdə olublar. Seçki günü isə səhər saatlarından etibarən yüksək seçici fəallığını müşahidə edən avropalı müşahidəçilər vətəndaşların axın-axın məntəqələrə gələrək səs verdiklərini də görüblər. Lakin bütün bunlara baxmayaraq, ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının üzvləri reallığı inkar etmək yolunu tutaraq öz ənənəvi amplualarında qaldılar".

 

Ə.Hüseynov vurğulayıb ki, sözügedən beynəlxalq təşkilatın müşahidəçiləri açıq-aşkar anti-Azərbaycan mövqeyindən çıxış edərək öncədən hazırlanmış təxribat xarakterli seçki "hesabat"ı təqdim ediblər:

 

"Bu isə ədalətli hesabat deyildi və avropalı müşahidəçilər bununla öz saxtakarlıqlarını, ikiüzlülüklərini nümayiş etdirmiş oldular. Necə deyərlər, ədalətdən dəm vuran beynəlxalq təşkilatların "ədalət"ini gördük".

 

Partiya sədri DADP olaraq sözügedən müşahidəçilərin məlum "hesabat"ını siyasi avantüristlik və qeyri-demokratiklik nümunəsi kimi dəyərləndirdiklərini bildirib:

 

"Bu təşkilatlara qəti etirazımızı bildiririk. Nə ATƏT-in, nə də ki, AŞPA-nın müşahidəçilərinin biz seçiçilərin siyasi iradəsinə və seçiminə sayğısız yanaşmağa haqqı yoxdur".

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı