Azərbaycan və beynəlxalq güclərin “... güclüsənsə, haqlısan” prinsipi - MÜSAHİBƏ

09:43 31-10-2019 | icon 564 | Siyasət
Azərbaycan və beynəlxalq güclərin “... güclüsənsə, haqlısan” prinsipi - MÜSAHİBƏ

Elman Nəsirov: “Ali Baş Komandan ona görə belə qətiyyətli, prinsipialdır ki, arxasında xalqı dayanır”

 

Bu gün ölkə gündəmi ciddi proseslərə şahidlik edir. Gərginliyi ilə müşahidə olunan geopolitik məkanda bir çox beynəlxalq layihələrə qoşulan və beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanın əsas diqqəti işğal altında qalan ərazilərimizin azad olunmasına yönəlib. VƏ elə bu günlər beynəlxalq aləmin nəzərlərinin ölkəmizə dikildiyi bir ərəfədə növbəti işğalı qeyd etdik – Zəngilanın işğal gününü.

 

Bəllidir ki, dünya ictimaiyyətinin Azərbaycanla bağlı sərgilədiyi münasibət və  çıxış yollarının araşdırılması ilə bağlı məsələlərə birmənalı olmayan yanaşmalar hələ də qalır.

Bu və ya digər məsələlərlə bağlı YAP-ın Beynəlxalq Əlaqələr üzrə Komissiyasının katibi, millət vəkili Elman Nəsirov “Üç Nöqtə” yə müsahibə verib. Versus.Az həmin müsahibəni təqdim edir.

 

- Elman müəllim, 29 oktyabr Zəngilanın işğal günü idi. Elə bu ərəfələrdə, Fransanın yerli hakimiyyət orqanlarının Dağlıq Qarabağa səfərləri və separatçı rejimlə bəyannamə imzalamaları münaqişə ilə bağlı beynəlxalq aləmin ikilistandartlarını növbəti dəfə ortaya qoydu. Azərbaycan XİN-i bu barədə Fransa səfirliyinə etiraz bəyanatı verdi. Regionda ciddi proseslərin cərəyən etdiyi bir vaxtda ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın ölkəmizə qarşı sərgilədiyi bu mövqe nədən xəbər verir?

 

- 1993-cü il, oktyabrın 29-da Azərbaycanın növbəti bir əzəli, qədim torpağı Zəngilan işğal olundu.  O vaxtdan 26 il keçib və BMT təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə işğalçı Ermənistanın silahlı qüvvələrinin qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən  çıxarılması məsələsini qoyub. Deməli, eyni zamanda Zəngilanın  da Azərbaycana qaytarılması o qətnamələrdə təsbit olunub. Eyni zamanda BMT nizamnaməsinin 25-ci maddəsinə görə BMT TŞ-nın qəbul etdiyi qətnamələrin icrası icbaridir, məcburidir. Amma görürük ki, icra olunmur. Dövlət başçısı İlham Əliyev bu məqamları ən yüksək beynəlxalq kürsülərdən, elə BMT-nin öz kürsüsündən dəfələrlə səsləndirib. Eyni zamanda 25-26 oktyabr tarixində BMT-dən sonra sayca 2-ci yerdə olan, əslində BMT-nin üzvlərinin 3/2-ni təşkil edən Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə də bu məsələyə toxunuldu. Dövlət başçısı qeyd elədi ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar bəzən 1-2 gün ərzində icra olunur, amma Qarabağ münaqişəsinə münasibətdə ikilistandartlar hökm sürür. Təbii ki, bu qəbuledilməzdir.  Məsələnin ən dəhşətli məqamı ondan ibarətdir ki, Ermənistan rəhbərliyində “işğal etmək də olar, cəzasız qalmaq da olar” illüziyası formalaşıb. Ona görə də cənab Prezident bu məsələləri hər zaman qabardır. Azərbaycan təkcə xarici siyasətini deyil, bütövlükdə öz siyasətinin prioritet istiqamətini məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsipləri çərçivəsində həllinin tapmasına yönəldib. Təəssüf ki, 26 ildir ki, haqqında bəhs etdiyimiz prinsiplər icra olunmur və icra etməyənə qarşı hüquqi müstəvidə heç bir adekvat addımlar atılmır.

 

“Bu, həmsədr kimi Fransanın mövqeyinin ziddinə olan bir məsələdir”

 

- Fransa yerli hakimiyyət orqanlarının vaxtaşırı işğal altında olan Azərbaycan torpaqlarına səfərlər edib, erməni separatçı rejimi ilə bir araya gəlməsi, bununla da işğalı dəstəkləyən addımlar atması ölkəmizə qarşı hansı təsirlərdən xəbər verir, ATƏT-in Minsk qrupunda təmsil olunan bu dövlətin bu addımları nəyə hesablanır?

 

- Fransa, əslində ənənəvi ermənipərəst dövlət imicini qazanıb. Bu da səbəbsiz deyil. Çünki Fransada 500 min etnik erməni yaşıyır və orada çox həlledici postlara yiyələnə biliblər. Bir məsələni də qeyd edim ki, Fransada yaşayan etnik ermənilər ölkənin siyasi idarəetmə sistemində də mövcuddurlar. Mən sizə bir faktı söyləyim: 1993-cü illərdə Fransanın baş naziri Eduard Baladyur adlı bir erməni idi. Ona görə də Fransanın ermənipərəst mövqeyini biz hiss edirik. Amma obyektivlik naminə bir müsbət tendensiyanı da qeyd eliyək. Bilirsiz ki, Fransanın çoxsaylı məhkəmələri vaxtilə ölkənin ayrı-ayrı qurumları, meriyası ilə qondarma rejimdəki müəyyən işğal altındakı şəhərlərlə bir “dostluq xartiyası” imzalamışdı. Biz  bu gün 10-a qədər o cür xartiyaların ləğv olunmasının şahidiyik. Yəni Fransada bu kimi proseslər də var. Amma təəssüf ki, kifayət qədər güclü olan ermənipərəst qüvvələr yenə də müəyyən insanlar tapıb Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlər təşkil edirlər.  Bununla da çalışırlar ki, Azərbaycanla-Fransa arasındakı o anlaşma məqamlarına kölgə salsınlar. Bu, təbii ki, danışıqlar prosesinə də zərbədir. Çünki Fransa həmsədr dövlətidir və həmsədr dövlətin bir təmsilçisi belə qeyri-qanuni səfərlər edirsə, bu, Fransanın mövqeyinin ziddinə olan bir məsələdir. Bunu dövlətimiz, xüsusilə XİN-i məsələni hər zaman qaldırır və o insanları “persona non qrant” siyahısına salır ki, həmin insanlar heç bir zaman Azərbaycana səfər edə bilməsinlər.

 

- Elman müəllim, “beynəlxalq təşkilatların Azərbaycana-Qarabağa münasibəti” - deyəndə, dərhal o məsələ önə çəkilir ki, xaricdə, digər ölkələrdə erməni lobbisi güclüdürbelə bir sual ortaya çıxır ki, bəs Azərbaycan diasporası, lobbisi niyə güclənə bilmir?

 

- Bunun obyektiv səbəbləri də var, subyektiv səbəbləri də var. Onu qeyd eliyim ki, Azərbaycanda diaspor quruculuğu prosesi müstəqillik əldə etdikdən sonra sistemli şəkildə həyata keçirilməyə başlayıb.  Xüsusilə, ulu öndər Heydər Əliyevin bu istiqamətdə müstəsana xidmətləri olub. Ulu öndər 2001-ci ildə dünyada yaşayan diaspor təşkilatlarının 1-ci qurultayını keçirdi və eyni zamanda ən mühüm addımlarından biri bu oldu ki, 31 dekabrı Dünya Azərbaycanlıları Günü kimi təsis etdi. Yəni dünyadakı 50 milyon azərbaycanlı bir yerə yığışır və həmin  günü bizi birləşdirən bir bayram kimi qeyd edir. Və özü də söyləyirdi ki, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!.. 

 

Baxaq görək, obyektiv səbəblər nə ilə bağlıdır. Bir faktı söyləyim:  1875-77-ci illərdə “Əkinçi” qəzeti fəaliyyət göstərib. Böyük maarifçi Həsən bəy Zərdabi o qəzeti yaradıb. Hər birimiz onu qəbul edirik ki, Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” Azərbaycan xalqının oyanışında müstəsna rol oynadı. Fikir verin, Milli Oyanış!.. Böyük Sabir qeyd eliyir ki,- “Əcnəbi, seyrə balonlarda çıxır, biz hələ avtomobil mimməyiriz, atılan toplara diksinməyiriz”. Qulağımızın dibində top atılır, amma biz yatmışıq, nəinki oyanmaq, hətta diksinmirik.  Yəni biz o vəziyyətdə idik.  Hələ o vaxt “Əkinçi” istədi ki, bizi oyatsın. Təsəvvür edin ki, 2 il dözüb, sonra qəzeti bağladılar ki, qoymayıb bu xalqı oyatdı. 1876-cı ildə, yəni “Əkinçi” qəzetinin fəaliyyətdə olduğu bir ildə dünyadakı erməni diasporu artıq bu qənaətə gəlir ki, vahid koordinasiya mərkəzləri olmalıdır və biz hələ “topa diksinmədiyimiz” bir reallıqda, 1876-cı ildə dünyadakı bütün erməni təşkilatlarının Parisdə mühüm bir qurultayı keçirilir. Həmin qurultayda dünyadakı erməni təşkilatlarının koordinasiya təşkilatı yaradılır və başçısı da Kababçiyan qoyulur. Təsəvvür edin ki, “Əkinçi” bizi oyatmaq istəyəndə onu bağlayırlar, amma ermənilər o qədər loyaldır ki, hətta bir Koordinasiya Mərkəzi yaradırlar.  Bax, bizim start vəziyyətlərimiz eyni deyil, biz start vəziyyətində uduzmuşuq. 

Amma bayaq söylədiyim kimi, ulu öndər bu istiqamətdə mühüm addımlar atdı, artıq dövlətimizin başçısı cənab İlham Əliyev həmin siyasəti sürətlə dəyişən dünyanın geosiyasi reallığına adekvat şəkildə davam elətdirir. Xatırlayırsınızsa,  Dünya Azərbaycanlılarının Diaspor Təşkilatlarının 4-cü qurultayında  məsələ qoyuldu ki, dünyada yaşayan azərbaycanlılar, bizim diasporamız yaşadığı ölkələrdə siyasi amilə çevrilməlidir.

 

- Elman müəllim, 30 ildir torpaqlar işğal altındadır və siz də qeyd etdiniz ki, bizə qarşı olan beynəlxalq təsirlər dünən də var idi, bu gün də var. O zaman biz nə etməliyik. Bu işğal prosesi, ikili münasibətlər davam edirsə, deməli, hələ də “başımızın altına yastıq qoyulur?”

 

- İşğalla bağlı, “nə etməliyik”, sualına Ali Baş Komandanın gözəl bir cavabı var. O, sizin dediyiniz məsələni qoyur və qeyd edir ki, bu gün dünyada ikilistandartlar var. Bir halda BMT TŞ-nin qəbul etdiyi qətnamələr  bəzən 2 saatda icra olunur, məsələn Liviya misalında. Bəzən, ümumiyyətlə BMT TŞ –nin qətnaməsinə heç bir əhəmiyyət verilmir. Məsələn, 1999-cu ildə Birləşmiş Ştatlar Yuqaslaviyanı NATO ilə birlikdə bombaladı - Belqrad 78 gün bombalandı. Slabada Meloşeviç zorla hakimiyyətdən devrildi. Yəni bir dövlətin başqa dövlətə qarşı NATO-nun iştirakı ilə hərbi əməliyyat keçirməsinin hüquqi əsası var idimi, müvafiq qətnamə var idimi, yox idi... Qərb 2003-cü ilin mart ayının 19-dan 20-ə keçən gecə Səddan Hüseyn rejiminə qarşı müharibəyə başladı. Bununla bağlı BMT TŞ-nin hər hansı qətnaməsi var idimi, yox idi. Yəni, məsələ ondan ibarətdir ki, bu gün cənab Prezidentin də söylədiyi kimi beynəlxalq hüquq yox, güclüsənsə, haqlısan prinsipi işləyir. Bu məsələ ilə bağlı Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çox yaxşı bir mövqeyi var. O, bildirdi ki, bugünkü dünyanın probleminin kökündə o dayanır ki, hüuqula güc arasında balans pozulub. Balans gücün xeytinə pozulub və dünyamızın, necə deyərlər oxu yerindən çıxıb. Bu acı reallıqdır. Bəs onda biz nə etməliyik. Cənab Prezident sizin o sualınızın cavabını verdi və dedi ki, bu erçək dünyanın reallığıdır və bu vəziyyətdə bizim bir çarəmiz qalır: “Biz güclənməliyik, güclənməliyik, güclənməliyik! Bunu təkcə ordu güclənməsi kimi qəbul etmək olmaz. Təbii ki, ordumuzun güclənməsi həlledici məqamdır. Bu gün Azərbaycan ordusu dünyadakı ən güclü 50 ordu içərisindədir. Cənubi Qafqazın ən güclü ordusudur və onun texniki hazırlığı, onun ən müasir silahlarla təhciz olunması son iki paradda məlum oldu. Fikir verirsinizsə, bu gün Azərbaycanda 20-dən çox hərbi zavod  işə salınıb, 1200 ədəddən çox hərbi təyinatlı məhsulu özümüz istehsal edirik. Yəni Azərbaycanın hərbi sənaye kompleksi formalaşıb və bu gün Azərbaycan ordusunun vətənpərvərlik ruhu çox güclüdür. Aprel döyüşləri bunun ən böyük göstəricisidir. Amma təkcə güc bunda deyil. Bu gün Prezident xatırlayırsınızsa, Aşqabad sammitində Ermənistan baş nazirinin üzünə ittiham etdi ki, sizin rəhbəri olduğunuz Ermənistan dövləti bu gün faşizmin təbliği, təşviqi və onun qərhəmanlaşdırma siyasətini həyata keçirir. Onun Valdaydakı çıxışını hər birimiz  xatırlayırıq. Yəni bizim gücümüz həm də ondadır ki,  Ali Baş Komandan ona görə belə qətiyyətli, prinsipialdır ki, arxasında xalqı dayanır. Xalq Prezidentin istənilən təşəbbüsünü, istənilən addımını dəstəkləyir. İndi sual olunur: Azərbaycan xalqı niyə öz Prezidentini dəstəkləyir və müdaviə edir. Bunun yeganə və həlledici səbəbi ondan ibarətdir ki, prezidentimiz heç bir beynəlxalq avantüraya qoşulmur. Heç bir Azərbaycan əleyhinə, milli maraqlarımızın əleyhinə olan  proseslərər qoşulmur.  Azərbaycan Prezidenti müstəqil və eyni zamanda milli maraqlara söykənən siyasət aparır. O siyasət ki, Azərbaycan xalqını salamat saxlayır, onu bəlalardan hifz edir. Azərbaycanı müxtəlif güclərin toqquşma məkanına deyil, əməkdaşlıq məkanına çevirir. Bu gün ABŞ – Rusiya münasibətləri, Rusiya-Nato münasibətləri son dərəcə gərgindir. Bəzən beynəlxalq məsələlərlə bağlı mövqelər 180 dərəcə haçalanır. Bu güclər dünyanı narahat edən, eyni zamanda öz aralarında həllini gözləyən ən mürəkkəb qəliz məsələləri müzakirə etmək üçün  məkan olaraq Azərbaycanı seçirlər. Hələ 2017-ci ildən 2019-cu ilə qədər düz 5 dəfə Rusiya və ABŞ-ın, Rusiya və NATO-nun ali hərbi  rəhbərlərinin Bakıda görüşləri keçirilib. Bu nəyin sayəsindədir? Onlar bizim “qara qaşımıza, qara gözümüzə aşiq olmayıblar. Bu onun sayəsindədir ki, Azərbaycan Prezidenti müstəqil siyasət yürüdür. Yəni Vaşinqton çox gözəl bilir ki, Azərbaycanın Rusiyaya yaxınlaşmaq siyasəti  ABŞ-ın əleyhinə deyil. Eyni zamanda Moskvada çox gözəl bilirlər ki, Azərbaycanın Birləşmiş Ştatlarla strateji tərəfdaşlıq münasibətləri Rusiyanın əleyhinə deyil.

 

- Bir çox ekspertlər, iqtidara oppanentlik edən qüvvələr hesab edirlər ki,  bu çoxvektorlu siyasət bizi uğursuzluğa apara bilər. Nəhayət, Azərbaycan konkret olaraq öz əsas xəttini seçməlidir. Bununla razısınızmı?

 

- Qətiyyən razı deyiləm. Əvvəla bu çoxvektorlu - müxtəlif güc mərkəzləri ilə bərabər məsafədə dayanmaq, eyni zamanda müstəqil və milli maraqlara söykənən siyasətin əsasını ulu öndər qoyub. Bəzən belə fikirlər səsləndirsələr də, bunlar tənqidə dözmür. Yəni bu, çox cılız, analiz olunmayan və daha çox daxili situasiyanın gərginləşməsinə xidmət edir. Lakin faktlar dəfələrlə sübut edir ki, Azərbaycanın apardığı bu siyasət onun regionda güclənməsinə və müstəqilliyinin qorunmasına xidmət etməklə yanaşı, bizi çox bəlalardan hifz edir...

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI