Nəyə görə analizdə B 12 çoxluğu həkimləri qorxudur?

09:59 31-10-2019 | icon 398 | Sağlamlıq
Nəyə görə analizdə B 12 çoxluğu həkimləri qorxudur?

Alimlərdən XƏBƏRDARLIQ

 

Qanda analiz verərkən B 12 vitaminin norma həddini çox aşması və yüksək olması heç kimi sevindirmir. Əksinə bu nəticə həkimləri qorxudur və daha ağır nəticələrdən şübhələndirir.

 

Versus.Az xəbər verir ki, Daniya alimləri bildirib ki, orqanizmdə B 12 səviyyəsinin kəskin artması xərçəng riski ilə sıx bağlıdır.

 

B 12 vitamin kimi bir sıra ət məhsulları, yumurta, süd məhsullarında çoxdur. Bu vitamin qan tərkibi, DNT və sinir sistemi üçün çox vacibdir. 

B 12 yeganə vitamindir ki, qaraciyərdə ehtiyat kimi yığılır və akkumlyator rolunu oynayır. 

 

Orxes Xəstəxanasının mütəxəssisləri təyin edib ki, bu vitaminin kəskin yüksəlməsi və qaraciyərdə çox depolanması artıq orqanizmdə xərçəng riskinin yaranmasına işarə ola bilər.

 

Bu nəticəyə onlar 333 min xəstə üzərində apardıqları müşahidərlər əsasında gəlib. Tədqiqatın əvvəlində onlardan heç biri xərçəng xəstəsi deyildi. 1998-2010-cu illər ərzində bu insanlarda müxtəlif analizlər, eyni zamanda qanda B 12-nin  miqdarı ölçülüb. 

 

Müqayisələr göstərdi ki, göstəricisi 800 pmoldan çox olan xəstələrdə sonradan xərçəng aşkarlanıb. 

 

5 illik nəticələrin sonunda anomal miqdarda B 12 vitamini çox olan şəxsrlərdə qan xərçəngi və siqaretə bağlı ağciyər xərçəngi, qaraciyər və bağırsaq şişləri aşkarlanıb. 

 

Alimlər onu da bildirir ki, orqanizmdə B 12 heç də qidalanmadan çoxalmır. Həmin insanlar B 12 ilə zəngin ərzaqları çox yemirdi. Orqanizmdə bu vitaminin anormal çoxalması hansısa bədxassəli prosesin nəticəsidir. 

 

Bundan öncə isə tibbdə B 12 miqdarı normadan 2-3 dəfə çox çıxan insanlarda qan xəstəliyi, qaraciyər xəstəliklərindən şübhələnir və daha dəqiq müayinələr aparılırdı. / Medicina.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı