İkili mini-batut üzrə gənclər arasında finalçılar məlum oldu

15:29 13-04-2018 | icon 707 | İdman
İkili mini-batut üzrə gənclər arasında finalçılar məlum oldu

Azərbaycan təmsilçisi finaldan kənar qalıb

 

Bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə XXVI Avropa çempionatında ikili mini-batutda gənclər arasında finalçılar məlum olub.

 

Versus.az xəbər verir ki, finala Robert Viliraso və Akoran de la Santa Kruz (İspaniya), Mixail Yuryev və Timofey Lazutin (Rusiya), Enrike Moreyra (Portuqaliya), Rayan Divayn və Freyzer Maklaud (Böyük Britaniya), Mauritse Mayvald (Almaniya) çıxıb.

 

Azərbaycan təmsilçisi Tofiq Əliyev 61,300 xal yığıb və finaldan kənar qalıb.

Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının ikinci gününə start verilib.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.

 

Gimnastlar üçün doğma məkana çevrilmiş arenada aprelin 15-dək davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirir.

 

Ötən gün Azərbaycan gimnastı Mixail Malkin tamblinq yarışlarında finala yüksəlib.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Tofiq Əliyev, Fərid Mustafayev, Elnur Məmmədov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudovanın təmsil etdiyi yarışların 2-ci günündə həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri və komandalar arasında finallar keçiriləcək.

 

Aprelin 14-də isə gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edəcəklər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarım-final mərhələsi də baş tutacaq. Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

 

Bu Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…