"Missiya üzvləri hesabatı açıqlayanda mən şoka düşdüm"

15:44 13-04-2018 | icon 655 | Siyasət
"Missiya üzvləri hesabatı açıqlayanda mən şoka düşdüm"

Vüqar Əhmədov tutduğu vəzifədən istefa verib

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov tutduğu vəzifədən istefa verib.

 

Versus.az xəbər verir ki, V.Əhmədov bunu bu gün keçirdiyi mətbuat konfransında bildirib. O, qurumu Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı qeyri-obyektiv mövqe ortaya qoymaqda ittiham edib.

 

V.Əhmədov missiya rəhbərinin müavini Stefan Krausun hesabatın hazırlanmasında fəal iştirak etdiyini və Azərbaycana mənfi münasibət bəslədiyini söyləyib:

 

"Stefan Kraus 2 aprel 2017-ci ildə Ermənistanda keçirilən seçkilərlə bağlı həmkarlarını təbrik edib. Sosial şəbəkədəki səhifələrində Heydər Əliyev və Heydər Əliyev Fonduna da mənfi münasibətini gizlətməyib. Hesabatlarında qeyd ediblər ki, ölkə rəsmiləri ilə görüş keçiriblər, ancaq ölkədə nə azad mətbuat, nə də azad, rəqabətli seçki mühiti var. Müşahidə missiyasının mətbuatla əlaqələrə məsul şəxsi də Azərbaycana mənfi münasibətini gizlətməyib. ATƏT müşahidəçiləri Azərbaycana xüsusi sifarişlə gəlmişdilər".

 

V.Əhmədov prezident seçkiləri ilə bağlı hesabatın seçkidən əvvəl hazırlandığını, sadəcə, seçkidən sonra elan edildiyini bildirib:

 

"Xədicə İsmayıl, Emin Milli ATƏT DTİHB Müşahidə Missiyası ilə sıx əlaqədə idi. Hesabatda ciddi qanun pozuntularına yol verildiyi iddia edilir. Mən seçki günü ofisdə idim. Seçki məntəqələrində kütləvi, ciddi qanun pozuntuları yox idi. Xırda məqamlar qeydə alınıb, bu da seçkinin nəticələrinə təsir edəcək səviyyədə olmayıb. Bu hesabat tənqid də deyil, qarayaxma, qərəzdir. Mən bunların heç bir ilə barışmadığım üçün rəsmi şəkildə müşahidə missiyasının rəhbərinə müraciət etdim və missiyanı tərk etdim. Müşahidə missiyasındakı şəxslər anti-Azərbaycan mövqeyində olan, erməni dairələrinin maraqlarına xidmət edən insanların təsiri altında idi".

 

ATƏT-in baş ofisinə də etirazını rəsmi qaydada çatdıracağını açıqlayan V.Əhmədov ATƏT DTİHB müşahidə missiyasının yekun hesabatında reallıqların yer alacağına ümid etdiyini vurğulayıb.

V.Əhmədov deyib ki, onlar bütün proses boyu müsbət məqamları izləyiblər:

 

"Seçki prosesi doğrudan da yaxşı təşkil olunmuşdu. Bunu gündəlik söhbətlərdə və yekun müzakirələrdə ATƏT DTİHB müşahidə missiyasının bütün üzvləri açıq etiraf edirdilər. Biz hər gün baş vermiş hadisələr və görüşlərlə bağlı hesabata əlavələr edirdik. Həmin hesabatda xırda qüsurlarla yanaşı, bir çox müsbət məqamlar, seçkinin çox yaxşı təşkil olunduğu da qeyd edilmişdi. Lakin missiya üzvləri hesabatı açıqlayanda mən şoka düşdüm. Çünki onların oxuduqları bizim təqdim etdiyimiz hesabat deyildi. Daha sonra mən öyrəndim ki, seçki gününün axşamı bizim bütün seçki prosesi boyu müşahidələrimizin nəticəsi olaraq hazırladığımız hesabat tamamilə dəyişdirilib və ya kənara qoyulub. ATƏT DTİHB müşahidə missiyasının rəhbərinə hardansa təqdim olunmuş tamamilə başqa hesabat ictimaiyyətə açıqlanıb".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin