"Ali məqsəd innovativ biliklərə əsaslanaraq iqtisadiyyatı daha da gücləndirməkdir"

11:36 31-10-2019 | icon 453 | Təhsil
"Ali məqsəd innovativ biliklərə əsaslanaraq iqtisadiyyatı daha da gücləndirməkdir"

Müasir dövrdə ali təhsil almaqla yaxşı işlə təmin olunmaq mümkündür, amma insan daima öyrənməsə, onun həmin işdə qalacağına heç kim zəmanət verə bilməz.

 

Versus.Az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov "British Council"in Azərbaycanda həyata keçirdiyi "Məşğulluq üçün ali təhsil" proqramına həsr olunan tədbirdə deyib.

 

Onun sözlərinə görə, öyrənilən yeniliklər əmək bazarının tələblərinə uyğun olmalıdır. Ona görə də Azərbaycan hökuməti bütün diqqəti təhsilin üzərinə yönəldib:

"Ali məqsəd neft sərvətini insan kapitalına çevirməklə, innovativ biliklərə əsaslanaraq iqtisadiyyatı daha da gücləndirməkdir. Gələcəkdə bilik və bacarıqları artırmaq üçün məhz yeni səviyyədə tələb olunan inkişafa, kritik düşüncə tərzinə və yaradıcılıq kimi sahələrə daha çox sərmayələr qoyulmalıdır. Bu isə təhsilin rolu üçün daha vacib amildir".

 

C.Bayramov əlavə edib ki, xaricdə oxuyub gələn tələbələr dövlət və özəl sektorda, eyni zamanda Təhsil Nazirliyində çalışırlar:

"Forum Birləşmiş Krallıq və Azərbaycan arasında gələcək əməkdaşlığı inkişaf etdirmək və uzunmüddətli iqtisadi inkişafa töhfə vermək üçün gözəl imkandır. Fəaliyyətimiz iki ölkədə təhsil siyasətinin inkişafına töhfə verir və daha güclü təhsil sisteminin qurulmasına kömək edir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi