Suyun qənaətlə istifadə edilməsinə dair proqramlar həyata keçiriləcək

11:41 31-10-2019 | icon 441 | Sosial
Suyun qənaətlə istifadə edilməsinə dair proqramlar həyata keçiriləcək

Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın su ehtiyatlarının 15%-ni təşkil edir.

 

Versus.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, su ehtiyatlarımız son onilliklərdə azalıb və beynəlxalq iqlim modellərinə əsasən gələcəkdə də azalma ehtimalı var:

“Kür çayının aşağı axınında suyun səviyyəsi müxtəlif məntəqələrdə 2018-ci il ilə müqayisədə aşağıdır. Mingəçevir su anbarının səviyyəsi təkcə oktyabr ayı ərzində 33 sm azalıb və hazırda 68,54 m təşkil edir (2018-ci ilin oktyabrında səviyyə 70,78 m təşkil edirdi). Ölkədə il ərzində su mənbələrindən götürülən 12.8 milyard kubmetr suyun 3.6 milyard kubmetri (28%) itkiyə gedir”.

 

Nazir vurğulayıb ki, əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir:

“Suların dəqiq uçotunun aparılması, eləcə də tullantı suların təkrar dövriyyəyə qaytarılaraq texniki məqsədlər üçün istifadə olunmasına qədər bütün sistemin təkmilləşdirilməsi təklif olunur. Suyun qənaətlə istifadə edilməsinə dair proqramlar həyata keçiriləcək. Biz riskləri düzgün dəyərləndirməliyik və sudan qənaətlə istifadə etməyə nəzarət həm dövlət tərəfindən, həm də ictimaiyyət tərəfindən gücləndirilməlidir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI