Atmosfer yağıntılarının miqdarı 14 faiz azalıb

11:48 31-10-2019 | icon 291 | Cəmiyyət
Atmosfer yağıntılarının miqdarı 14 faiz azalıb

İqlimin sürətlə istiləşməsi tendensiyası ölkəmizdə də özünü biruzə verir. Hava-iqlim prosesləri ilə bağlı risklər artır.

 

Versus.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, araşdırmalar göstərir ki, 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,40 dərəcə yüksəlib:

“İki dövr arasında - 1961-1990 və 1991-2017-ci illər üzrə aparılmış müqayisəli təhlillərə görə, Azərbaycanda atmosfer yağıntılarının miqdarı orta hesabla 14% azalıb. Bu proseslərin qarşısını almaq mümkün deyil, lakin beynəlxalq təcrübə göstərir ki, əvvəlcədən xəbərdarlıq verməklə onların fəsadlarını nisbətən yumşaltmaq olar. Təhlükəli hidrometeoroloji hadisələrə qarşı dayanıqlığı təmin etmək məqsədi ilə ölkədə erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb”.

 

M.Babayev vurğuayıb ki, hidrometeoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinə xidmət göstərən müasir müşahidə sistemləri olan radarların, atmosferdə müxtəlif hündürlüklər üzrə baş verən dəyişmələri izləmək üçün radiozondların, dəniz avtomat hidrometeorloji stansiyaların tətbiqi və modernləşdirilməsi işləri görülür.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin