İlik biosfer qoruğun yaradılması üçün işlər aparılır

11:57 31-10-2019 | icon 434 | Gündəm
İlik biosfer qoruğun yaradılması üçün işlər aparılır

Azərbaycanda ekoturizmin inkişaf etdirilməsi məqsədilə xüsusi mühafizə olunan ərazilərin genişləndirilməsi çərçivəsində Qızılağac Milli Parkı yaradılıb, həmçinin Zaqatala-Balakən regionunda ölkədə ilk biosfer qoruğun yaradılması və turizm potensialı olan ərazilərdə ekoturizmin inkişaf etdirilməsi istiqamətində işlər aparılır.

 

Versus.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, Milli Parklara bu ilin 9 ayı ərzində 82 680 nəfər səfər edib:

“Sevindirici haldır ki, əvvəlki illərdə yalnız Göygöl Milli Parkına turist axını qeydə alınırdısa, 2019-cu ildə digər milli parklara səfər edən turist sayı orta hesabla 3 dəfəyədək artıb. Milli Parklarda 111 turizm marşrutu yaradılıb, beynəlxalq ekspertlərin iştirakı ilə “Milli parklarda ekoturizmin davamlı inkişafına dair” 2020-2023-cü illər üzrə Fəaliyyət Planının işlənilməsinə başlanılıb”.

 

M.Babayev vurğulayıb ki, Heydər Əliyev Fondunun və IDEA ictimai birliyinin dəstəyi ilə 12 baş Avropa bizonu Azərbaycan təbiətinə buraxılıb:

“Ceyranların tarixi ərazilərinə köçürülməsi işləri davam etdirilib və reintroduksiya olunmuş ceyranların sayı 220 başa çatdırılıb. Ovçuluq təsərrüfatlarının müasir standartlara uyğun təşkil edilməsi, zəruri infrastrukturun yaradılması və ovçuluğun sivil qaydada təşkili məqsədi ilə ovçuluq təsərrüfatlarının açıq müsabiqə yolu ilə sahibkarların uzun müddətli istifadəsinə verilməsi işləri davam etdirilir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin