"Qeyri-düzgün verilmiş icazə hesabına hansısa obyektin tikilməsi qəbuledilməzdir"

12:25 31-10-2019 | icon 280 | Sosial
"Qeyri-düzgün verilmiş icazə hesabına hansısa obyektin tikilməsi qəbuledilməzdir"

Bakı o qədər də yaşıllığı olmayan şəhərdir. Biz çalışırıq ki, Bakıda yaşıllıqlar salınsın. Hansısa bir pozuntu hesabına, qeyri-düzgün verilmiş icazə hesabına ağacların kəsilməsi və orada hansısa obyektin tikilməsi qəbuledilməzdir.

 

Versus.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

 

Nazir vurğulayıb ki, ümumilikdə son dövrlərdə ekologiyanın pozulması, atmosferin çirkləndirilməsi halları azalıb, daha az faktlar var:

“Sözsüz ki, pozuntular var. Harada insan var, müəssisələr fəaliyyət göstərir, orada tullantı, pozuntu var. Bizim əsas məqsədimiz insanların maarifləndirilməsidir. Bəzi hallarda insanların qaydaları biliməməsi pozuntulara gətirib çıxarır. Sözsüz ki, pozuntular aşkar olunanda cərimələr tətbiq olunur, lazım olduğu halda müvafiq sənədlər polisə də, prokurorluğa da göndərilir. Ancaq biz istərdik ki, məsələ bu səviyyəyə gəlib çıxmasın. Biz istəyirik ki, insanlar maariflənsin, eyni zamanda burada ictimai qınaq da olmalıdır. Ekologiyaya ziyan vuran insanlara qarşı ictimai qınaq da olmalıdır. Məsələn, kimsə ekologiyaya ziyan vurursa, gözləmək lazım deyil ki, nazirlik gəlib onun qarşısını alsın, ictimaiyyət də bu məsələdə fəal olmalıdır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI