"Azərbaycanda yaşayan on minlərlə erməninin hüquqlarına hörmətlə yanaşılır"

14:02 31-10-2019 | icon 351 | Siyasət
"Azərbaycanda yaşayan on minlərlə erməninin hüquqlarına hörmətlə yanaşılır"

Ermənistanda yaşayan azərbaycanlılar deportasiya edilsə də, bu gün Azərbaycanda yaşayan on minlərlə erməninin hüquqlarının qorunması təmin edilir.

 

Versus.Az xəbər verir ki, bunu insan hüquqları üzrə müvəkkil, Ombudsman Elmira Süleymanova "Din və insan hüquqları" mövzusunda keçirilən konfransda deyib.

 

Onun sözlərinə görə, 30 il davam edən erməni təcavüzü nəticəsində tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistanda 100 minlərlə azərbaycanlıdan bir nəfər də olsun qalmayıb:

"Azərbaycanlılar Ermənistanın monoetnik dövlət yaratması, etnik təmizləmə siyasəti nəticəsində kütləvi deportasiyaya məruz qalıblar. Buna baxmayaraq, bu gün də ölkəmizdə yaşayan on minlərlə erməninin hüquqlarına hörmətlə yanaşılır, onların hüquqlarının qorunmasını təmin edilir".

 

Ombudsman əlavə edib ki, Azərbaycanda dinin dövlətdən ayrı olduğu, bütün dini etiqadların qanun çərçivəsində bərabər olduğu qanunvericilikdə qeyd edilib:

"Ümumilli lider Heydər Əliyev ölkəmizdə yaşayan azsaylı xalqların, müxtəlif dinlərin nümayəndələrinin hüquq və bərabərliyinə xüsusi diqqət yetirib. Onun siyasəti məhz bu prinsiplər üzərində qurulmuşdu. Tolerant ideyaların əsl məskəni olan Azərbaycan həm tolerantlıq, həm də multikulturalizm sahəsində bütün dünya ölkələri üçün bir nümunə, örnək olub. Bu yalnız nəzəriyyəyə deyil, həyatda da gerçəkləşdirilən siyasətdir".

 

E.Süleymanovanın sözlərinə görə, fəaliyyət göstərdiyi dövrdə Ombudsman Aparatına müxtəlif məzmunlu şikayətlər edilsə də, məhz dini zəmində təqib olunma, yaxud dini azadlığın pozulması halları ilə bağlı bir dənə də şikayət qəbul edilməyib:

"Təəssüflər olsun ki, bəzi dövlətlər dindən istifadə edərək siyasi manipulyasiyalar edir, kütləvi şəkildə insan hüquqlarını pozaraq ksenofobiyaya, qəddarlığa yol verir, dinc əhaliyə qarşı qırğınlar törədirlər. Bu baxımdan din həm dövlət daxilində, həm də dövlətlərarası münasibətdə dağıdıcı alət kimi istifadə edilə bilər. Əslində isə din xalqlar arasında sülh yaradan qüvvədir və bunlar arasında körpü rolunu oynayır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı