Xınalıq və Şahdağda qar yağıb

11:59 01-11-2019 | icon 363 | Cəmiyyət
Xınalıq və Şahdağda qar yağıb

Oktyabrın 31-i gündüzdən ölkə ərazisində hava şəraiti dəyişib, yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub, Xınalıq və Şahdağda qar yağıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Versus.Az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəranda 49, (aylıq normanın 20 faizi), Sarıbaşda (Qax) 38, Zaqatalada 25 (aylıq normanın 25 faizi), Bakıda 17 (aylıq normanın 60 faizi), Qazıməmməddə 16 (aylıq nomranın 52 faizi), Zabratda 14 (aylıq normanın 50 faizi), Binədə 12 (aylıq normanın 43 faizi), Pirallahıda 10 (aylıq normanın 42 faizi), Balakəndə 10, Xaçmaz, Qubada 9, Maştağada 8, Sumqayıtda 4, Ağsu, Şabranda 6, Qəbələ, İsmayıllıda 4, Altıağac, Mərəzədə 3, Sabirabad, Şamaxı, Kürdəmir, Qusar, Qırızda 2, Xaltan, Oğuz, Naftalan, Xınalıq,Tərtər, Yevlax, Göyçay, Zərdab, İmişli, Cəfərxan, Biləsuvar, Yardımlıda 1 mm təşkil edib.

 

Qar örtüyünün hündürlüyü Xınalıqda 1 sm olub.

Hazırda Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enib və bu da iqlim norması daxilindədir.

 

Ölkə ərazində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti noyabrın 4-ü gündüzədək davam edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...