Paytaxtda marşrut avtobuslarının hərəkətində çətinlik yaranıb

12:02 01-11-2019 | icon 444 | Gündəm
Paytaxtda marşrut avtobuslarının hərəkətində çətinlik yaranıb

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Səbail rayonunun "20-ci sahə" adlanan ərazisində hərəkət edən avtobusların gecikməsinə münasibət bildirib.

 

Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Versus.Az-a açıqlamasında bildirib ki, yolun hərəkət hissəsində aparılan təmir-tikinti işlərinin vaxtında yekunlaşmaması, eyni zamanda təmir müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün uyğun şəraitin yaradılmaması sonda məhz bu cür çətinliklərə səbəb olur:

 

"Mövcud vəziyyətdən ən çox əziyyəti isə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərimiz çəkir. Bu cür problemlər eyni zamanda avtobusların istismar müddətinin azalmasına və amartizasiya xərclərinin artmasına gətirib çıxarır.

Şəhər mərkəzindən “20-ci sahə” adlanan əraziyə gedən yolda olduğu kimi yolun hərəkət hissəsində aparılan işlərin yekunlaşmaması səbəbindən müntəzəm marşrut xətt avtobusları, xüsusən də BakuBus MMC-yə məxsus avtobusların hərəkəti çətinləşib. Təəssüf ki, analoji hallar bir çox küçələrdə var".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol