Böyük Britaniya Baş Nazirinin ticarət elçisi Beynəlxalq Muğam Mərkəzində olub

12:07 01-11-2019 | icon 448 | Mədəniyyət
Böyük Britaniya Baş Nazirinin ticarət elçisi Beynəlxalq Muğam Mərkəzində olub

Ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolson və Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzini ziyarət ediblər.

 

Versus.Az xəbər verir ki, qonaqları qarşılayan Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanın musiqi mədəniyyəti, muğam sənəti haqqında qısa məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət Nazirliyinin iştirakı ilə muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq ənənələrinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə 2005-ci ildən Muğam Televiziya Müsabiqəsi keçirilir. Bu günə kimi çoxsaylı gənc muğam ifaçıları bu müsabiqələrdə uğur qazanıb, qədim sənəti təbliğ edirlər.

 

Nazir, həmçinin vurğulayıb ki, Azərbaycanın muğam sənəti, tar və kamança ifaçılıq sənətlərinin UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

 

Daha sonra Beynəlxalq Muğam Mərkəzi tərəfindən hazırlanmış konsert proqramı təqdim edilib. Gənc xanəndələr Elgiz Əliyev və Nisbət Sədrayeva xalq mahnıları və təsnifləri, eləcə də “Bayatı-Şiraz”, “Segah” və “Rast” muğamlarından parçaları ifa ediblər. Xanəndələri tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusifov müşayiət edib.

 

İfaçıları alqışlayan Baronessa Emma Nikolson qeyd etdi ki, onun musiqiyə, xüsusilə də şifahi ənənəli musiqi janrlarına böyük marağı var. Azərbaycan musiqisinin bu janrları haqqında məlumatlar onun üçün olduqca maraqlıdır. Britaniyalı qonaq ifaçılara və müşayiətçilərə təşəkkürünü bildirib.

 

Sonda qonaqlar Beynəlxalq Muğam Mərkəzinin foyesində xatirə şəkilləri çəkdiriblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”