Təkbaşına 20 qadını erməni əsirliyindən azad edən ŞƏHİD İlqar Allahyarov

12:55 01-11-2019 | icon 839 | Şəhidlər və şahidlər
Təkbaşına 20 qadını erməni əsirliyindən azad edən ŞƏHİD İlqar Allahyarov

Şəhidlərimiz bizim qürur mənbəyimiz, and yerimizdir



Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.


Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.


Vətən uğrunda canını fəda edən oğullarımızdan biri də Qarabağ müharibəsi iştirakçısı, "Vətən uğrunda" medalı ilə təltif olunan şəhid İlqar Allahyarovdur.



Allahyarov İlqar Nurəddin oğlu 1968-ci ildə Laçın rayonunun Alıqulu kəndində doğulmuşdur. 1986-cı ildə orta məktəbi bitirdikdən sonra Moskva şəhərində hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra 1990-cı ildən Rayon Polis Şöbəsində işləmiş və rayonun işğalı ilə əlaqədar erməni təcavüzkarlarına qarşı döyüş əməliyyatlarında fərqlənmişdir. Fərəcan, Ağanus kəndləri ərazisində mühasirəni yararaq ermənilərin girov götürdüyü 15-20 nəfər qadını təkbaşına azad etmiş, Laçının ilk şəhidlərindən olan Təvəkkülün meyitini döyüş bölgəsindən çıxarmışdır. Hoçaz yüksəkliyi uğrunda gedən döyüş zamanı düşmənin dörd tankını və xeyli texnikasını məhv etmişdir. Alxaslı kəndi ətrafında mühasirəyə düşən milli ordunun xeyli sayda əsgərini Qırmıq körpüsündən keçirərək xilas etmişdir.



1994-cü il fevralın 10-da Füzuli bölgəsində gedən döyüşlərdə həlak olmuşdur. Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.


Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1545 saylı sərəncamı ilə Azərbaycan polisi günü münasibətilə, Azərbaycan Res-publikasında cinayətlərin qarşısının alınması və açılması, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiyinə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə cəsarət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Allahyarov İlqar Nurəddin oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. /"Laçın yurdu" jurnalı, №2(9), 2013/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür