"Məcburi köçkünlərin problemini daha müfəssəl şəkildə həll etməyə çalışırıq"

13:21 01-11-2019 | icon 330 | Siyasət
"Məcburi köçkünlərin problemini daha müfəssəl şəkildə həll etməyə çalışırıq"

BMT olaraq Azərbaycanın məcburi köçkünlərə göstərdiyi dəstəyi çox yüksək qiymətləndiririk.

 

Versus.Az xəbər verir ki, bunu BMT-in Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı məcburi köçkünlərə yardımların göstərilməsi ilə bağlı keçirilən dəyirmi masada deyib.

 

Onun sözlərinə görə, son 27 ildə Azərbaycanda məcburi köçkünlərlə bağlı vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi məsələlərdən biridir. BMT ilk gündən məcburi köçkünlərə dəstək göstərib və təşkilatın bir neçə qurumu bu işdə iştirak edib.

 

Q.İshaqzai əlavə edib ki, atəşkəs imzalandıqdan sonra BMT yenə də qaçqınlara dəstək göstərməkdə davam edib:

"Hazırda 600 mindən çox köçkün müəmmalı vəziyyətdə yaşayır, yəni onlar öz doğma yurdlarına nə zaman qayıdacaqlarını bilmirlər. Düzdür, bu təbəqənin böyük qismi rahat, isti evdə yaşayır. Lakin unutmamalıyıq ki, çox sayda insan hələ də tam standartlara uyğun olmayan şəraitdə yaşayır. Yeni qəsəbələrə köçürülməyən insanların problemləri həll edilməlidir. Biz çalışmalıyıq ki, onların şəraitini nisbətən yüngülləşdirək".

 

BMT rəsmisi bildirib ki, məcburi köçkünlər arasında işsizlik səviyyəsi də yüksəkdir.

Q.İshaqzai deyib ki, BMT Azərbaycan hökuməti ilə yeni tərəfdaşlıq proqramının hazırlanması üzərində iş aparır:

"Biz çalışırıq ki, həmin proqram çərçivəsində məcburi köçkünlərin problemini daha müfəssəl şəkildə həll edək. Yəni BMT-yə daxil olan bütün qurumlar bu prosesə öz dəstəyini göstərməlidir. Çünki biz məcburi köçkünləri həssas qrup hesab edirik. Dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün həssas qrupların cəmiyyətin digər qrupları ilə eyni imkanlardan faydalanmasını təmin etmək lazımdır. Biz çalışmalıyıq ki, həssas qrup nümayəndəsi olaraq, məcburi köçkünlərə yardımı əsirgəməyək. Onlar cəmiyyətin sosial-iqtisadi həyatından təcrid olunmamalıdırlar, inkluzivlik artırılmalıdır. BMT Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinə və digər qurumlara dəstək göstərməkdə davam edəcək".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı