Nəhayət ki, Cəmil Həsənli müxalifətçi kimi deyil...

14:21 01-11-2019 | icon 905 | Kürsü
Nəhayət ki, Cəmil Həsənli müxalifətçi kimi deyil...

ƏLİSAHİB HÜSEYNOV

/DADP/

 

Cəmil Həsənli 2 noyabr mitinqi ərəfəsində bir müxalifətçi kimi deyil, bir alim kimi düşünə bildi...

 

Bəli, nəhayət ki, radikal müxalifət düşərgəsinin aparıcı qanadı sayılan AXCP-"Milli Şura" cütlüyünün rəhbər şəxsləri arasında heç olmasa bir nəfər də olsa konstruktiv düşünə bilən, emosional radikallığa deyil, soyuq məntiq və intellektə söykənərək fikir yürütməyə, təklif verməyə cəhd göstərən bir şəxs tapıldı. Söhbət "Milli Şura"nın sədri, professor Cəmil Həsənlidən gedir.

 

Hazırda ABŞ-da səfərdə olan Cəmil Həsənli 2 noyabr mitinqi ərəfəsində bir müxalifətçi kimi deyil, bir alim kimi düşünərək, hər şeyi əsaslı şəkildə götür-qoy edərək, sonda maraqlı bir təkliflə çıxış edib. Feysbuk hesabında paylaşım edən Cəmil Həsənli yazıb ki, "təklif edirəm ki, MŞ KM üzvləri və AXCP rəhbərliyi mənim bu təklifimi təcili müzakirə etsin, 2 noyabr mitinqini təxirə salaq, hərəkatımızın yeni dalğası hələ indi başlayır".

 

Cəmil Həsənlinin paylaşımının altında rəy yazan şəxslərdən bəziləri onu bu təklifinə görə çox ciddi şəkildə qınasalar da, amma Həsənlinin bu təklifi bir daha onu göstərdi ki, siyasətdə emosiyalarla deyil, sağlam düşüncə və real politik mövqeyindən çıxış etmək lazımdır. Qoy onun bu addımı başda Əli Kərimli olmaqla, yerdə qalan radikallara da müsbət nümunə olsun.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı